2016-cı ildə ən çox qazanan idmançılar – SİYAHI | 1news.az | Xəbərlər
İdman

2016-cı ildə ən çox qazanan idmançılar – SİYAHI

16:17 - 03 / 02 / 2017
2016-cı ildə ən çox qazanan idmançılar – SİYAHI

Məşhur “Forbes” jurnalı 2016-cı ildə dünyanın ən varlı idmançılarının adlarını açıqlayıb.

1news.az-ın məlumatına görə, siyahıya “Real”ın portuqaliyalı futbolçusu Kriştiano Ronaldo başçılıq edir. O, ötən il 88 milyon avro qazanıb. Ulduz futbolçu bu məbləğin 32 milyonunu reklamdan əldə edib. 

İkinci pillədə “Barselona”nın argentinalı futbolçusu Lionel Messi (81.5 milyon avro) qərarlaşıb. Amerikalı basketbolçu Lebron Ceyms isə (77 milyon avro) 3-cüdür.

Qeyd edək ki, sıralama idmançıların maaş, mükafat və reklam gəlirlərinə görə müəyyənləşir.

2016-cı ildə ən çox qazanan 10 idmançı

1. Kriştianu Ronaldo (futbol) – 88 milyon avro
2. Lionel Messi (futbol) – 81,5 milyon
3. Lebron Ceyms (basketbol) – 77 milyon
4. Rojer Federer (tennis) – 68 milyon
5-6. Novak Cokoviç (tennis) – 56 milyon
5-6. Kevin Dyurant (basketbol) – 56 milyon
7-9. Fil Mikelson (qolf) – 53 milyon
7-9. Sem Nyuton (Amerika futbolu) – 53 milyon
7-9. Cordan Spit (qolf) – 53 milyon
10. Kobe Brayant (basketbol) – 50 milyon

1news.az

Paylaş:
664

Son xəbərlər

Bütün xəbərlər