Ronaldinyo növbəti dəfə “Barselona”da | 1news.az | Xəbərlər
Futbol

Ronaldinyo növbəti dəfə “Barselona”da

09:48 - 03 / 02 / 2017
Ronaldinyo növbəti dəfə “Barselona”da

Ulduz futbolçu Ronaldinyo yenidən “Barselona”ya qayıdıb.

 

1news.az-ın məlumatına görə, braziliyalı futbolçu Kataloniya klubunun səfiri təyin edilib. O, qarşıdakı illərdə müxtəlif tədbirlərdə “Barselona”nı təmsil edəcək. 

 

Rəsmi müqavilə bu gün “Nou Kamp” stadionunda imzalanacaq. 36 yaşlı futbolçu ilə yanaşı, “Barselona”nın prezidenti Xosep Mariya Bartomeu da mərasimə qatılacaq. 


Qeyd edək ki, Ronaldinyo 2003-2008-ci illər aralığında “Barselona”da çıxış edib. O, meydana çıxdığı 198 oyunda 91 qol vurub.

 

1news.az

Paylaş:
737

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər