Azərbaycanda 3 şübhəli oyun aşkarlandı | 1news.az | Xəbərlər
İdman

Azərbaycanda 3 şübhəli oyun aşkarlandı

17:06 - 05 / 02 / 2017
Azərbaycanda 3 şübhəli oyun aşkarlandı

2016-cı ildə Azərbaycanda nəticəsi şübhəli olan 3 idman yarışı qeydə alınıb.

1news.az “Report”a istinadən xəbər verir ki, bu barədə Avropa İdman Təhlükəsizliyi Assosiasiyasının (ESSA) hazırladığı illik hesabatda bildirilir.

Sənəddə göstərilir ki, hər 3 şübhəli qarşılaşma tennis oyunlarında baş verib. Lakin həmin görüşlərin hansı turnirdə və tennisçilər arasında keçirildiyi açıqlanmır.

Yunanıstanda 11 (futbolda 5, voleybolda 4, tennisdə 2), Rusiyada 9 (tennisdə 7, futbolda 2), İspaniya (tennisdə 5, futbolda 2) və İtaliyada (tennisdə 6, futbolda 1) hərəyə 7 şübhəli oyun müəyyənləşdirilib.

Ümumilikdə ESSA ötən il 130 şübhəli pul qoyuluşu halı qeydə alıb. Bunlardan 103-ü tennis, 16-sı futbol, 4-ü voleybol, hərəyə 2-si stolüstü tennis və çimərlik voleybolu, hərəyə 1-i snuker, basketbol və həndbola edilib. Bu qurum 2005-ci ildə pul qoyuluşu bazarını monitorinq etmək, eləcə də danışılmış oyunlar barədə idman orqanlarını və milli tənzimləyiciləri məlumatlandırmaq məqsədilə yaradılıb.

Assosiasiya informasiyaları nəhəng lisenziyalaşdırılmış bukmeyker kontorlarından alır, FİFA, Beynəlxalq Olimpiya Komitəsi və digər aparıcı idman təşkilatları ilə əməkdaşlıq edir.

1news.az

Paylaş:
559

Son xəbərlər

Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”Bu gün, 10:31Bakıda və Abşeron yarımadasında külək 23 metr/saniyəyəyə qədər güclənib - Faktiki havaBu gün, 10:21COP29 çərçivəsində xarici media nümayəndələri İçərişəhəri ziyarət edibBu gün, 10:12FHN: Ötən sutkada 24 yanğına çıxış olub, 2 nəfər xilas edilibBu gün, 10:08AMB ilk dəfə Xankəndidə poçt filialına bank lisenziyası veribBu gün, 09:49Dünya bazarlarında qızıl və gümüş cüzi ucuzlaşıbBu gün, 09:47Bu gündən COP29 zolaqları qüvvəsini itiribBu gün, 09:30AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:27Məktəblərdə payız tətili başa çatıbBu gün, 09:14İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edibBu gün, 09:03AYNA: Bütün marşrut avtobuslarının fəaliyyəti bərpa edilibBu gün, 09:02Bu gün Kəlbəcər Şəhəri GünüdürBu gün, 09:01Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:52COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26
Bütün xəbərlər