Dani Kintana üçün mövsüm bitdi

Azərbaycan Premyer Liqasının 16-cı turunun AZAL - "Qarabağ" oyununda ciddi zədə alan Ağdam klubunun legioneri Dani Kintananın son durumu müəyyənləşib.
1news.az goal.az-a istinadən xəbər verir ki, tibbi müayinədən keçən 30 yaşlı yarımmüdafiəçinin diz bağlarının qırıldığı dəqiqləşib.
Gözlənildiyi kimi, bu səbəbdən ispan futbolçu ən azı 6 ay yaşıl meydanlardan uzaq qalacaq. Onun yaxın vaxtlarda əməliyyat olunacağı gözlənilir.
Beləliklə, Dani üçün Azərbaycan Premyer Liqasının 2016/17 mövsümü erkən başa çatıb. "Qarabağ" avrokuboklara vəsiqə qazanacağı halda, Dani ilkin mərhələnin bəzi oyunlarını da buraxacaq.
1news.az
610