“Qızıl buts”a iddiaçıların adları açıqlanıb | 1news.az | Xəbərlər
İdman

“Qızıl buts”a iddiaçıların adları açıqlanıb

17:17 - 07 / 02 / 2017
“Qızıl buts”a iddiaçıların adları açıqlanıb

Avropa ölkələrinin milli çempionatlarının ən yaxşı bombardiri üçün təsis edilən “Qızıl buts” mükafatını qazanmağa namizədlərin adları açıqlanıb.

1news.az-ın məlumatına görə, Dortmund “Borussiya”sının qabonlu hücumçusu Pyer-Emerik Obameyanq ilk pillədə qərarlaşıb. Almaniya Bundesliqasında 17 qol vuran afrikalı hücumçu 34 xalla hamıdan öndədi.

PSJ-nin bombardiri Edinson Kavani ondan 1 xal geri qalır. 22 qol vuran uruqvaylının hesabında 33 xal var.

3-cü pillənin 5 şəriki var. Bunlar Luis Suares (“Barselona”, İspaniya), Lionel Messi (“Barselona”, İtaliya), Bas Dost (“Sportinq”, Portuqaliya), Ronelu Lukaku (“Everton”, İngiltərə) və Dries Mertensdi. (”Napoli”, İtaliya). Onlar hərəyə 16 qolla 32 xal toplayıblar. 9 futbolçunun isə 30 xalı var. Bu oyunçular 15 topla belə göstəriciyə nail olub.

1news.az

Paylaş:
771

Son xəbərlər

60 yaşlı kişi kanalda batdı

18 / 06 / 2026, 17:28

Belarus Ukraynaya nota verib

18 / 06 / 2026, 16:41
Bütün xəbərlər