Azarkeşlər klub prezidentinin avtomobilini yandırdılar | 1news.az | Xəbərlər
Futbol

Azarkeşlər klub prezidentinin avtomobilini yandırdılar

22:06 - 07 / 02 / 2017
Azarkeşlər klub prezidentinin avtomobilini yandırdılar

İtaliya A seriyasında mübarizə aparan “Peskara”nın prezidenti maraqlı hadisə ilə üz-üzə qalıb.

1news.az apasport.az-a istinadən xəbər verir ki, komandanın azarkeşləri prezidentin iki avtomobilini yandırıblar.

Buna səbəb “delfinlər”in cari mövsüm uğursuz çıxış etməsidir. Hazırda hesabında 9 xal olan “Peskara” turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Hadisədən sonra qısa açıqlama verən prezident Daniele Sebastiani mövsümün sonunda vəzifəsindən istefa verəcəyini deyib.

1news.az

Paylaş:
1176

Son xəbərlər

Bütün xəbərlər