Milli komandamızın futzalçısının evindən 14 min pul oğurlandı | 1news.az | Xəbərlər
Futbol

Milli komandamızın futzalçısının evindən 14 min pul oğurlandı

22:10 - 08 / 02 / 2017
Milli komandamızın futzalçısının evindən 14 min pul oğurlandı

Azərbaycan milli komandasının və “Araz Naxçıvan” klubunun futzalçısı Fineo de Araujo qarət olunub.

1news.az “Report”a istinadən xəbər verir ki, un məlumatına görə, hadisə 30 yaşlı idmançının yaşadığı mənzildə baş verib.

Braziliyalı legionerin gecə evinə dəvət etdiyi iki qadın qonaq onun 14 min manat pulunu oğurlayıb. O, qarət olunmasından səhər açılanda xəbər tutub.

Hadisə ilə əlaqədar Fineo hüquq-mühafizə orqanlarına şikayət edib. O, qarətçi xanımların Nuray və Könül adlı şəxslər olduğunu bildirib. Hazırda soyğunçuların tapılması istiqamətində araşdırma aparılır.

1news.az

Paylaş:
879

Son xəbərlər

Bütün xəbərlər