#MFLstars: Milli Məclisdən “Dream Team” komandası. Futbol meydanının qanunvericiləri
Mini futbol üzrə ən iri həvəskarlar liqası MFL hər biri özünəməxsus dərəcədə fərqlənən maraqlı komandalar öz ətrafında toplayıb.
Əgər “Eleven” komandası yüzfaizlik nəticə, “Komfort” faktiki olaraq sıfırdan yaradılmasını nümayiş etdirirdisə, “Dream Team (MM)”-in futbolçularının hamısı Milli Məclisin əməkdaşlarıdır.
Birlikdə 10 il oynamaqlarına baxmayaraq komanda kənardan oyunçu dəvət etməkdən imtina etmək qərarına gəlir. Hətta bu qərar nəticəyə təsir etsə belə.
1news.az komandası #MFLstars layihəsi çərçivəsində “Dream Team (MM)”-lə maraqlı müsahibə aparıb.
Parlament divarları arasında keçirilən söhbət qeyri-rəsmi xarakter daşıdı. Bu da komanda haqda bir çox maraqlı məqamları üzə çıxarmağa yardımçı oldu.
İlk olaraq “Dream Team (MM)” komadasının kapitanı – Milli Məclisin Protokol şöbəsinin rəhbəri İlkin Məmmədov komandanın yaranma tarixindən söz açdı. Həmçinin o, qeyd etdi ki, komanda parlamentin bütün əməkdaşları üçün açıqdır.
“Daha sonra isə komanda yaradaraq turnirlərdə iştirak etmək qərarına gəldik. Komanda 10 il əvvəl yaranıb. Və hər birimiz Milli Məclisin əməkdaşlarıyıq. Əvvəlcə yoldaşlıq oyunları keçirirdik”.
Əmək qanunvericiliyi üzrə şöbənin rəhbəri, eləcə də komandanın qocamanlarından biri Adil Vəliyev zarafatyana qeyd edir ki, yeni əməkdaşlara ilk sual onun futbol oyaması ilə bağlı olur:
“Aramızda şöbə müdirləri, eləcə də sıravi əməkdaşlar da var. Lakin bütün bunların futbol meydanında heç bir əhəmiyyəti yoxdur”
“İlk dəfə 2008-ci ildə Parlamentin 90 illiyinə həsr olunmuş turnir təşkil etdik. Burada demək olar ki, bütün dövlət qurumları iştirak edirdi. O zamanlar komandamız yarımfinala qədər yüksələ bildi. 2011-ci ildə isə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş ikinci turnir təşkil edildi ki, burada qalib gəldik. Ötən ildən isə MFL-dəyik. Komandamız dövlət qurumunu təmsil edən yeganə komandadır”, - deyə İlkin Məmmədov sözlərinə davam edir.
Futbol – idmanın məşhur növlərindən biridir. Bu, oyun və ya asudə vaxtını keçirməkdən də üstündür. “Dream Team (MM)” komdasında oynamağa, qalib gəlməyə böyük həvəs hiss olunur. Oyunçularla söhbət zamanı elə hisslər yaranır ki, sanki onlar elə incidə ciddi kostyumlarını idman formalarına dəyişərək meydana çıxmaq istəyirlər.
“Bizimçün futbol sadəcə asudə vaxtını keçirmək deyil. Sevindirici haldır ki, bununla bağlı rəhbərlik bizi tamamilə dəstəkləyir. 10 il müddətində fasiləsiz olaraq həftədə iki dəfə oynamağı bir təsəvvür edin. Buna görə də yeni oyunçular komandamızla problemsiz olaraq birləşir”, - Adil Vəliyev deyir.
Komanda üzvləri qeyd edir ki, hətta rəhbərlik qərar qəbul edib: həftədə iki dəfə futbol oynanılan günlər iş yerlərini vaxtından əvvəl tərk etmək olar. Fürsətdən istifadə edərək «Dream Team (MM)» komandası Milli Məclisin sədri Oqtay Əsədova və Aparat rəhbəri Səfa Mirzəyevə 10 il müddətində verdikləri davamlı dəstəyə görə təşəkkür edir.
Komadanın aparıcı oyunçularından biri Rəşad Əzizovdur. O, Azərbaycanda Şən və Hazırcavablar Klubunun rəhbərlərindən biri, eləcə də KVN-nin yüksək liqasına yüksəlmiş “Bakı yığması” komadasının rəhbəridir. Komanda yoldaşları qeyd edir ki, Rəşad futbol meydanında da öz istedadını nümayiş etdirir. O, artıq 8 ildir ki, Milli Məclisdə çalışır, hazırda isə Avrointeqrasiya üzrə şöbənin müdiridir. Özünəməxsus yumoru ilə o, parlament divarlarındakı “futbol döyüşlərinin” sirləri bizlərə açır:
“Bilirsiniz ki, deputatlardan ibarət çox yaxşı komandamız var. Müntəzəm olaraq onlarla oynayırıq və çox maraqlı futbol döyüşləri alınır. Oyunlar müxtəlif formada bitir. Hər şey onların iş qrafikinin gərginliyindən asılıdır. Lakin deyərdim ki, onlar futbol meydanının da qanunvericilərdir”.
Elə bu məqam İlkin Məmmədov 2016-cı ilin mayında Antalyada keçirilən turnirdə deputat komadaları ilə birlikdə çıxış etdiklərini xatırlayır:
“Orada səkkiz ölkənin iştirak etdiyi parlamentlərarası turnir keçirilirdi. Bu turnirdə Milli Məclis komandası ikinci yerə layiq görülür. Turnirin final mərhələsi TRT Spor kanalından birbaşa yayımlanırdı”.
R.Əzizov isə xatırlayıb ki, Rusiya ilə Azərbaycan arasında yoldaşlıq oyununda komadanın kapitanı məşhur rus hokkeyçi Aleksandr Oveçkinin qapısına top vurur.
Komandanın MFL-dəki çıxışından danışarkən qeyd etmək olar ki, “Dream Team (MM)” hələ ki, sabitliyi əldə etməyib. Belə ki, bəzən qalibiyyəti məğlubiyyət də əvəzləyir.
Komandanın kapitanı İlkin Məmmədov zarafatla bunun səbəbini həmin günü Milli Məclisdə qəbul edilən qərardan asılı olduğunu qeyd edir:
“Bəzən oyunun başlanma zamanı əlverişsiz olur. Saat 23:00-da da oyunumuz olub. Elə uşaqlar var ki, misalçün Sumqayıtda yaşayır. Növbəti dəfə xahişimizi nəzərə alaraq oyun saat 19:00-da başlandı. Belə olan haqlda bütün gücümüzlə oyuna qaçdıq”.
Rəşad Əzizov isə öz növbəsində əlavə edir ki, bir çox komanlarda elə futbolçular var ki, onlar peşəkar səviyyəyə yenicə qədəm qoyublar. Məlum olduğu kimi, MFL komadasının qaydalarına görə, buraya daxil olan oyunçu üç il ərzində peşəkar futbolda oynamamalıdır:
“Mənə elə gəlir ki, üç il çox azdır. Peşəkar futbol insanı belə tez buraxmır. Biz hamımız həvəskarlarıq və onlarla eyni dərəcədə müqayisə oluna bilmərik. İlk oyunlar peşəkarlıqla fərqi göstərdi. Hesab edirəm ki, MFL ya çox sadə və daha həvəskarcasına, ya da peşəkarcasına və yüksək dərəcəsə istiqamətlənmiş olmalıdır”.
“Dream Team (MM)” komandası həmçinin öz təkliflərini MFL-ə təqdim edib.
“Hesab edirəm ki, bu cür turnir üçün uduş fondu (10 min manat) çox azdır. İkinci məqam isə: bir sıra komandalar sərt oynayırlar və zədə verirlər. Oyun sərt döyüş deyil, həzz gətirməlidir”, - Adil Vəliyev bildirir.
Rəşad Əzizov isə məşhur şəxsləri cəlb etməyi təklif edir:
“MFL bütün ulduzların matçlarını təşkil edib. Bəs nə üçün bu cür oyunlara məşhur şəxsləri dəvət etməyək? Nümunə üçün, Bəhram Bağırzadə - məşhur ictimai xadim və futbol fəalı. Bu ajiotaja səbəb olaraq şou elementi də bəxş edə bilər”.
İlkin Məmmədov isə azarkeşlərə qayğını nümayiş etdirir:
“Azarkeşlərin cəlb edilməsi az əhəmiyyətli faktor deyil. Bunun üçün şərait olmalıdır - ən azından tribunalar olmalıdır. Elə oyunlar olur ki, buraya ən azı 100 nəfər gəlir. Lakin onlar heç bir yerdə oyuna tamaşa edə bilmirlər”.
“Dream Team (MM)” ilk turlarda ciddi problemlərlə qarşılaşıb, komadanın 4 üzvü ciddi zədə alıb ki, bunların arasında iki qapıçı da olub. Komanda qarşısında turnirdən çıxmaq məsələsi dayanırdı. Lakin sonda onlar mübarizə apararaq tez təslim olmamağı qərara alırlar.
“Məsələ burasındadır ki, biz rəqibimizdən asılı olmayaraq heç vaxt müdafiəyə keçməyərək öz oyunumuzu oynamağa çalışırıq”, - deyə R.Əzizov bildirir.
“Əgər turnirdə oynayırıqsa hər zaman qarşımıza məqsəd qoyuruq. Hazırda ilk səkkizliyə yüksəlmək niyyətindəyik. Daha sonra isə irəli getmək istəyirik. Öz konferensiyamızda autsayderlər deyilik. Əminəm ki, biz hələ öz sözümüzü deyəcəyik”, - sonda İlkin Məmmədov bildirir.
Teymur Maksutov
MFL-i onlayn izləyin: