“Zirə” - “Qəbələ”: 4 qol, 1 qırmızı vərəqə
Fevralın 12-də futbol üzrə Azərbaycan Premyer Liqasının XVIII turu çərçivəsində növbəti oyun keçirilib.
1news.az Azərtac-a istinadən xəbər verir ki, “Zirə” doğma meydanda “Qəbələ”ni qəbul edib.
Qarşılıqlı hücumlar şəraitində keçən görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
“Zirə”nin heyətində Viktor İqbekoyi və Riçard Qadze, rəqib komandadan isə Daniel Subotiç və Filip Ozobiç fərqləniblər.
Matçın 74-cü dəqiqəsində isə Rasim Ramaldanov qırmızı vərəqə alaraq “Qəbələ”ni azlıqda qoyub.
Hesabında 39 xal olan “Qəbələ” turnir cədvəlində ikinci, “Zirə” isə 22 xalla beşinci pillədə yer alıblar. Turnir cədvəlinə 42 xalla “Qarabağ” liderlik edir.
Tura fevralın 13-də keçiriləcək AZAL-“İnter” və “Neftçi”-“Sumqayıt” oyunları ilə yekun vurulacaq.
“Zirə” - “Qəbələ” - 2:2
Qol: Daniel Subotiç, 37 (0:1), Viktor İqbekoyi, 54 (1:1), Filip Ozobiç, 88 (1:2), Riçard Qadze, 90+4 (2:2)
Qırmızı vərəqə: Rasim Ramaldanov ("Qəbələ", iki sarı vərəqə), 74
1news.az