UEFA-dan AFFA-ya təbrik | 1news.az | Xəbərlər
Futbol

UEFA-dan AFFA-ya təbrik

21:42 - 14 / 02 / 2017
UEFA-dan AFFA-ya təbrik

İsveçrənin SGS şirkəti 2016-cı ildə AFFA-nın Lisenziyalaşdırma qrupunun fəaliyyəti ilə bağlı apardığı yoxlamanın nəticələrini açıqlayıb.

1news.az AFFA-ya istinadən xəbər verir ki, bu barədə şirkət tərəfindən AFFA-ya ünvanlanmış təbrik məktubunda qeyd olunub.

Bildirilib ki, AFFA-nın Lisenziyalaşdırma qrupunun fəaliyyəti UEFA-nın Klubların Lisenziyalaşdırma üzrə keyfiyyət standartlarına uyğundur və Lisenziyalaşdırma qrupu 2017-18-ci il Lisenziyalaşdırma mövsümü çərçivəsində Azərbaycan klublarının UEFA yarışlarında iştirakı ilə bağlı lisenziyalaşdırma prosesini həyata keçirmək hüququna malikdir.

Qeyd edək ki, SGS şirkəti müvafiq yoxlamaları UEFA-nın sifarişi əsasında həyata keçirir.

1news.az

Paylaş:
689

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər