İdman-bal rəqsləri üzrə klublararası respublika turniri keçiriləcək | 1news.az | Xəbərlər
İdman

İdman-bal rəqsləri üzrə klublararası respublika turniri keçiriləcək

10:30 - 14 / 02 / 2017
İdman-bal rəqsləri üzrə klublararası respublika turniri keçiriləcək

Fevralın 19-u Su İdmanı sarayı və Buta Dance School-un təşkilatçılığı ilə idman-bal rəqsləri üzrə klublararası respublika turniri keçiriləcək.

1news.az-ın verdiyi xəbərə görə, müsabiqədə ölkəmizin qabaqcıl rəqs klubları  – Sidash, Rovestnik, İmpuls, Evrium tədris mərkəzi və Studio Sidorenko iştirak edəcəklər.

Qeyd edək ki, turnir gənc idmançılardan təşkil olunub və super baby qrupunda 4-5 yaşlı uşaqların iştirakı nəzərdə tutulub.

Müsabiqə uşaqlar arasında idman-bal rəqslərinin Azərbaycanda inkişafı çərçivəsində təşkil olunub.

1news.az

 

Paylaş:
1538

Son xəbərlər

Bütün xəbərlər