Azərbaycanda hava monitorinqi Avropa təcrübəsi əsasında təkmilləşdiriləcək – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda hava monitorinqi Avropa təcrübəsi əsasında təkmilləşdiriləcək – FOTO

13:30 - 15 / 02 / 2017
Azərbaycanda hava monitorinqi Avropa təcrübəsi əsasında təkmilləşdiriləcək – FOTO

Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyində “Avropa İttifaqının nümunəvi təcrübələri əsasında Azərbaycanda Milli Ekoloji Monitorinq Sisteminin (MEMS) təkmilləşdirilməsi” adlı Tvinninq layihəsinin təqdimat mərasimi keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, təqdimat mərasimində ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin beynəlxalq əməkdaşlıq bölməsinin rəhbəri Yeroen Villems, Finlandiya, Avstriya və Latviya Respublikalarının Azərbaycandakı səfirliyinin nümayəndələri, Finlandiyadan Üzv Dövlət üzrə Layihə Rəhbəri Harri Pietarila, həmçinin aidiyyəti dövlət qurumlarının, digər tvinninq layihələrinin nümayəndələri iştirak edib.

Tvinninq layihəsi Avropa təcrübəsinin öyrənilməsi sahəsində nəzəri xarakter daşıyır və Azərbaycanda ekoloji fəaliyyətin, xüsusilə hava monitorinqlərinin keyfiyyətinin nəzəri cəhətdən təkmilləşdirilməsinə xidmət edəcək. Layihənin məqsədi strateji ekoloji siyasətin planlaşdırılması və uyğunluğa nəzarəti dəstəkləyən yüksək keyfiyyətli məlumatların təmin edilməsi və ekoloji monitorinq sisteminin gücləndirilməsi ilə Azərbaycanda ekoloji fəaliyyətin təkmilləşdirilməsindən ibarətdir. Layihə çərçivəsində ölkəmizdə ətraf mühitin monitorinqi sahəsində həyata keçirilən tədbirlər, yanaşma metodları təhlil ediləcək, müsbət dəyərlər saxlanılmaqla Avropa İttifaqının bu sahədəki qabaqcıl təcrübəsinin tətbiqi araşdırılacaq və ölkəmizdə ətraf mühitin monitorinqinin və qiymətləndirmə metodologiyalarının müasirləşdirilməsinin həyata keçirilməsi imkanları öyrəniləcək. Həmçinin layihə ekoloji məlumatların toplanması, emalı, ötürülməsi, təhlili və əlaqələndirilməsi üzrə qərar qəbulu üçün yüksək keyfiyyətli və etibarlı məlumat təmin edən informasiya sisteminin işlənib hazırlanmasında ETSN-nə dəstək olacaq.

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Tvinninq layihəsinin icra müddəti 27 aydır və Avropa İttifaqına üzv dövlətlərin, o cümlədən Latviyanın Ətraf Mühit, Geologiya və Meteorologiya İnstitutu (LEGMC), Avstriyanın Ətraf Mühit Agentliyi, (UBA, Umweltbundesamt GmbH) tərəfindən dəstəklənir və Finlandiyanın Ətraf Mühit İnstitutu (SYKE) ilə əməkdaşlıq çərçivəsində Finlandiya Meteorologiya İnstitutu (FMİ) konsorsiumu tərəfindən həyata keçiriləcək.

1news.az

Paylaş:
550

Son xəbərlər

Narkotik vasitələrin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıbBu gün, 09:29Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıbBu gün, 09:18AMB noyabrın son valyuta məzənnələrini açıqladıBu gün, 09:10Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 09:05Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03
Bütün xəbərlər