Ümumi və ilk peşə-ixtisas təhsili müəssisələri müəllimlərinin diaqnostik qiymətləndirilməsi keçiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Ümumi və ilk peşə-ixtisas təhsili müəssisələri müəllimlərinin diaqnostik qiymətləndirilməsi keçiriləcək

15:52 - 15 / 02 / 2017
Ümumi və ilk peşə-ixtisas təhsili müəssisələri müəllimlərinin diaqnostik qiymətləndirilməsi keçiriləcək

Bu ilin aprel-may aylarında 26 şəhər və rayonunun dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək.

Təhsil Nazirliyindən 1news.az-a verilən məlumata görə, qiymətləndirmədə Qax, Qəbələ, Şəki, Zaqatala, Balakən, Oğuz, Yevlax, Ağdaş, Xocalı, Goranboy, Mingəçevir, Naftalan, Göyçay, Kəlbəcər, Ağdam, Füzuli, Bərdə, Tərtər, Beyləqan, Laçın, Ağstafa, Tovuz, Qazax, Zəngilan, Xocavənd, Cəbrayıl şəhər və rayonlarının 50 minə yaxın müəlliminin iştirakı nəzərdə tutulur.

Diaqnostik qiymətləndirmənin nəticələrinə əsasən ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıq səviyyələri müəyyənləşdiriləcək, onların dərs yükü norması və əməkhaqqı artırılmaqla maddi rifahı yaxşılaşdırılacaq. Həmçinin, həmin müəllimlərin əlavə təlim ehtiyacları müəyyən olunacaq.

Bununla yanaşı, ilk peşə-ixtisas təhsili müəssisələrinin müəllimləri də qiymətləndiriləcək. İlk peşə-ixtisas təhsili müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsi daha peşəkar, yüksək bilik və bacarığa malik pedaqoji işçilərin müəyyən edilməsi məqsədi daşıyır.

Bu proses “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq, Nazirlər Kabinetinin ilk peşə-ixtisas təhsili müəssisələri şəbəkəsinin rasionallaşdırılması ilə bağlı qərarına əsasən həyata keçirillir.

1news.az

Paylaş:
805

Son xəbərlər

Narkotik vasitələrin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıbBu gün, 09:29Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıbBu gün, 09:18AMB noyabrın son valyuta məzənnələrini açıqladıBu gün, 09:10Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 09:05Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03
Bütün xəbərlər