“Benfika”dan qələbə, “Barselona” darmadağın oldu – VİDEO | 1news.az | Xəbərlər
Futbol

“Benfika”dan qələbə, “Barselona” darmadağın oldu – VİDEO

09:35 - 15 / 02 / 2017
“Benfika”dan qələbə, “Barselona” darmadağın oldu – VİDEO

Avrokuboklarda 2 aydan çox davam edən fasilə başa çatıb.

1news.az-ın məlumatına görə, dünən Çempionlar Liqasının 1/8 final mərhələsinə start verilib.

İlk oyun günündə iki qarşılaşma keçirilib. “Benfika” Dortmundda “Borussiya”nı qəbul edib. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

Gecənin maraqlı qarşılaşması isə Parisdə baş tutub. Burada PSJ “Barselona”nı qəbul edib. Oyun gözlənilməz nəticə ilə yekunlaşıb. Belə ki, Fransa təmsilçisi sensasiyaya imza ataraq Kataloniya klubunu 4:0 hesabı ilə darmadağın edib.    

 

UEFA Çempionlar Liqası

1/8 final mərhələsi, ilk oyunlar

14 fevral

“Benfika” (Portuqaliya) – “Borussiya” (Dortmund, Almaniya) - 1:0

Qol: Mitroğlu, 48

PSJ (Fransa) – “Barselona” (İspaniya) - 4:0

Qollar: Di Mariya, 18, 55, Draksler, 40, Kavani, 71

1news.az

Paylaş:
771

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər