Əbülfəs Qarayev Ümumdünya Turizm Forumunun Qlobal İclasında iştirak edəcək | 1news.az | Xəbərlər
Siyasət

Əbülfəs Qarayev Ümumdünya Turizm Forumunun Qlobal İclasında iştirak edəcək

22:51 - 15 / 02 / 2017
Əbülfəs Qarayev Ümumdünya Turizm Forumunun Qlobal İclasında iştirak edəcək

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 16-18 fevral tarixlərində Türkiyənin İstanbul şəhərində keçiriləcək Ümumdünya Turizm Forumunun Qlobal İclasında iştirak edəcək.

1news.az-ın məlumatına görə, forum zamanı turizm sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə iştirakçı dövlətlərin aidiyyəti qurumlarının rəhbərləri ilə danışıqların aparılması, 2017-ci ildə “İnkişaf naminə Davamlı Turizm Beynəlxalq İli”nin  qeyd edilməsi məsələləri müzakirə ediləcək.

Bundan başqa tədbirdə cari ilin may ayında Bakı şəhərində keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və Forum çərçivəsində təşkil olunacaq tədbirlərlə əlaqədar bir sıra görüşlərin keçirilməsi, eləcə də nazirlər üçün təşkil ediləcək xüsusi dəyirmi masada mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin çıxışı nəzərdə tutulub.

1news.az

 

Paylaş:
484

Son xəbərlər

Bütün xəbərlər