Taekvondoçularımız “Turkish Open”dən 10 medalla qayıdırlar | 1news.az | Xəbərlər
İdman

Taekvondoçularımız “Turkish Open”dən 10 medalla qayıdırlar

23:42 - 15 / 02 / 2017
Taekvondoçularımız “Turkish Open”dən 10 medalla qayıdırlar

Dünya Taekvondo Federasiyası və Türkiyə Taekvondo Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışlar başa çatıb.

1news.az-ın məlumatına görə, sayca 4-cü olan G2 kateqoriyalı “Turkish Open” beynəlxalq turnirinə qatılan yığmanın daha bir üzvü çıxışını başa vuraraq komandanın medal sayını ona catdırıb.

Belə ki, -87 kq çəki dərəcəsində tatami üzərinə çıxan Ramin Əzizov yarımfinal mərhələsində Rusiya təmsilçisi Vladislav Larinlə qarşılaşmada məğlubiyyətlə üzləşərək bürünc medala layiq görülüb. 

Qeyd edək ki, 2 qızıl, 3 gümüş və 5 bürünc, ümumilikdə 10 medala sahib olan yığma komandamızın liderləri Radik İsaev və Milad Beigi Hərçəqani bu yarışda iştirak etməyiblər.

Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayevin hərbərliyi ilə yarışlara qatılan millimiz sabah vətənə dönəcək.

1news.az

 

Paylaş:
659

Son xəbərlər

Bütün xəbərlər