Yol polisi vaxtı bitmiş sürücülük vəsiqələrinin dəyişdirilməsi məsələsinə aydınlıq gətirib | 1news.az | Xəbərlər
Cəmiyyət

Yol polisi vaxtı bitmiş sürücülük vəsiqələrinin dəyişdirilməsi məsələsinə aydınlıq gətirib

12:04 - 15 / 02 / 2017
Yol polisi vaxtı bitmiş sürücülük vəsiqələrinin dəyişdirilməsi məsələsinə aydınlıq gətirib

Yol polisi sürücülərin vaxtı bitmiş sürücülük vəsiqələrini dəyişdirərkən həm mexaniki, həm də avtomat sürət qutusu olan avtomobilləri idarə etmək hüququnun olub-olmayacağına aydınlıq gətirib.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsindən bildiriblər:

“İlin əvvəlində praktiki idarəetmə üzrə imtahan verənlər arasında ilk dəfə sürücülük vəsiqəsi alan şəxslərdən mexaniki və ya avtomat sürət qutusu olan avtomobildə imtahan vermək istədikləri soruşulur. 

Müvafiq olaraq “avtomat”da imtahan verən sürücüyə verilən vəsiqədə onun yalnız avtomat sürət qutusu olan avtomobili idarə etmə hüququ olduğu qeyd edilir. “Mexaniki” sürət qutusu olan avtomobil üzrə imtahan verən sürücü isə yalnız həm mexaniki, həm də avtomat sürət qutusu olan avtomobili idarə etmək hüququna malikdir”. 

İdarədən onu da vurğulayıblar ki, bu ilə qədər bu qayda tətbiq edilmirdi:

“Vaxtı bitmiş vəsiqələri dəyişərkən alınan yeni vəsiqələr sürücülərə həm avtomat, həm də mexaniki sürətlər qutusu olan avtomobilləri idarə etmək hüququnu verir. Belə ki, daha öncə bütün imtahanlar mexaniki sürət qutusu olan avtomobil ilə götürülürdü”.

Qeyd edək ki, yeni qaydalar, köhnə qaydalardan fərqlənmir, sadəcə bir qeyd var, avtomat və ya mexaniki sürət qutusu. Vaxtı bitmiş sürücülük vəsiqələrinin dəyişdirilməsi həm Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsinin binasında, eləcə də “ASAN xidmət” mərkəzlərində aparılır.

1news.az

Paylaş:
684

Son xəbərlər

Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıbBu gün, 09:18AMB noyabrın son valyuta məzənnələrini açıqladıBu gün, 09:10Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 09:05Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42
Bütün xəbərlər