Vaterlonun vitse-meri: Azərbaycan abidəsinin şəhərimizdə yerləşməsindən böyük fərəh hissi duyuram
Belçikanın fransız dilli “La Capitale” qəzetinin rəsmi internet səhifəsində Prezident İlham Əliyevin Belçika səfəri çərçivəsində görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın abidəsini ziyarət etmək üçün Vaterlo şəhərinə etdiyi səfər barəsində “Visite surprise et express du président azéri à Waterloo” (Azərbaycan prezidentinin Vaterloya gözlənilməz səfəri) başlıqlı məqalə dərc olunub.
1news.az-a Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı Səfirliyindən verilən xəbərə görə, Prezident İlham Əliyevin Vaterloya səfərini gözlənilməz və qeyri-adi hesab edən mətbuat orqanı, Azərbaycan Prezidentinin Belçikaya səfərinin məqsədi barədə oxuculara qısa məlumat verir, abidənin tarixinə nəzər salınır.
Qeyd olunur ki, abidənin reallaşması Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi sayəsində mümkün olub. Yazıda, Vaterlo şəhər bələdiyyəsi sədrinin birinci müavini İv Vander Kruysenin Belçikada yeganə Azərbaycan abidəsinin məhz Vaterloda yerləşdiyini böyük fərəh hissi ilə diqqətə çatdırdığı xüsusi vurğulanır.
1news.az