Azərbaycan Prezidentinin apardığı əsaslı islahatlar dövründə vətəndaşların müraciətlərinə diqqət yenə ön plandadır | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan Prezidentinin apardığı əsaslı islahatlar dövründə vətəndaşların müraciətlərinə diqqət yenə ön plandadır

09:17 - 16 / 02 / 2017
Azərbaycan Prezidentinin apardığı əsaslı islahatlar dövründə vətəndaşların müraciətlərinə diqqət yenə ön plandadır

2-ci hissə

Prezident Administrasiyasının şöbə müdiri Süleyman İsmayılovun geniş təhlili materialının ardını təqdim edirik.

Müraciətlər vətəndaşın səsi, sözü, qayğısı və problemidir

Son illərdə dövlət səviyyəsində görülmüş ciddi tədbirlər nəticəsində respublikada insanların hüquq və azadlıqlarının qorunması, bu sahədə qanunvericiliyə ciddi riayət edilməsi, vətəndaşa qayğı və diqqət göstərilməsi xeyli yaxşılaşmışdır.

Azərbaycan Prezidenti bütün çıxışlarında vətəndaşların hüquqlarının qorunmasını, onların ərizə və şikayətlərinə ciddi diqqət yetirilməsini bir vəzifə kimi qarşıya qoymuş, özünü xalqın xidmətçisi adlandıraraq, hər bir dövlət qulluqçusunun və məmurun da xalqa xidmət etməli olduğunu dəfələrlə qeyd etmişdir. Cənab Prezident demişdir ki, kimliyindən asılı olmayaraq, hər kəs millətə, xalqa, dövlətə xidmət etməlidir və hər bir məmurun da bundan müvafiq nəticə çıxarması onun birbaşa vəzifə borcudur.

Prezident Administrasiyasına vətəndaşlardan daxil olmuş hər bir müraciət diqqətlə öyrənilir, qaldırılan məsələlər obyektiv araşdırılaraq lazımi tədbirlər görülməsi təmin edilir.

2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına respublikanın şəhər və rayonlarından daxil olmuş müraciətlərin 68,8 faizi ərizə, 30,9 faizi şikayət, 0,3 faizi təklif olmuşdur.

Ötən il Bakı, Lənkəran, Şəki, Yevlax, Ağcabədi, Ağdam, Ağstafa, Astara, Balakən, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Göygöl, İmişli, Kəlbəcər, Neftçala, Saatlı, Salyan, Şamaxı, Şəmkir, digər şəhər və rayonlardan daxil olan müraciətlərin sayı çoxdur. Naxçıvan, Naftalan, Babək, Culfa, Daşkəsən, Xızı, Xocavənd, Kəngərli, Qax, Qobustan, Ordubad, Samux, Sədərək, Şahbuz, Şərur, digər şəhər və rayonlardan daxil olan müraciətlərin sayı isə az olmuşdur.

Bir qayda olaraq, müraciətlərin haradan daha çox olması əhalinin sayı ilə

Paylaş:
797

Son xəbərlər

Bütün xəbərlər