“Bavariya” və “Real”dan inamlı qələbə – VİDEO | 1news.az | Xəbərlər
Futbol

“Bavariya” və “Real”dan inamlı qələbə – VİDEO

09:36 - 16 / 02 / 2017
“Bavariya” və “Real”dan inamlı qələbə – VİDEO

Çempionlar Liqasında 1/8 final mərhələsinin oyunları davam edir. 

1news.az-ın məlumatına görə, daha 2 qarşılaşma keçirilib.

“Bavariya” öz meydanında “Arsenal”ı qəbul edib. Görüş Münhen klubunun böyükhesablı qələbəsi ilə başa çatıb - 5:1.

Digər görüş isə Madriddə oynanılıb. Turnirin son qalibi “Real” “Santyaqo Bernabeu”da “Napoli”ni sınağa çəkib. Qarşılaşma “Real”ın qələbəsi ilə başa çatıb - 3:1.

Qeyd edək ki, 1/8 finalın digər ilk oyunları fevralın 21-i və 22-də keçiriləcək.

UEFA Çempionlar Liqası

1/8 final mərhələsi, ilk oyunlar

15 fevral

“Bavariya” (Almaniya) – “Arsenal” (İngiltərə) - 5:1

Qollar: Robben, 11, Levandovski, 53, Tyaqo Alkantara, 56, 63, Müller, 88 - Aleksis Sançez, 30 

“Real” (İspaniya) – “Napoli” (İtaliya) - 3:1

Qollar: Benzema, 19, Kross, 49, Kazemiro, 54 - İnsinye, 8

1news.az

Paylaş:
1101

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər