İordaniya Senatının Prezidenti Qlobal Bakı Forumunda iştirak edəcək
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək V Qlobal Bakı Forumunda İordaniya Haşimilər Krallığı Senatının prezidenti Faisal əl-Fayezin rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edəcək. Nümayəndə heyətinə İordaniyanın sabiq Baş nazirləri Taher əl-Masri, Abdulrauf əl-Ravabde və Abdelsalam əl-Majali daxildir.
1news.az-a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən xəbərə görə, İordaniya II, III və IV Qlobal Bakı forumlarında da geniş nümayəndə heyəti ilə təmsil olunub. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan sabiq Baş nazir Taher əl-Masri yanvar ayında Misirdə keçirilən Mərkəzin Ali Səviyyəli Toplantısına da qatılıb.
1news.az
637