Bahar Muradova: Parlament hər zaman mətbuatın işinə çox böyük önəm verir | 1news.az | Xəbərlər
Cəmiyyət

Bahar Muradova: Parlament hər zaman mətbuatın işinə çox böyük önəm verir

13:36 - 17 / 02 / 2017
Bahar Muradova: Parlament hər zaman mətbuatın işinə çox böyük önəm verir

Fevralın 17-də Azərbaycan parlamentində Milli Məclisin, Mətbuat Şurasının və media qurumlarının rəhbərliyinin birgə iştirakı ilə media-parlament əlaqələri müzakirə edilir.

Əvvəlcə media nümayəndələri Milli Məclisin inzibati binası ilə tanış olublar.

Görüşdə Milli Məclis sədrinin müavini Bahar Muradova parlament və media əlaqələrindən danışıb. Bildirib ki, parlament hər zaman mətbuatın işinə çox böyük önəm verir.

 “Azərbaycan demokratik cəmiyyət quruculuğu ilə inkişaf edən bir ölkədir. Biz qısa bir müddətdə çox böyük uğurlar əldə etmişik və uğurlarımızın bir çoxu da mətbuat sahəsinə aiddir. Milli mətbuatımızın yaranması, onun təşəkkül tapması, inkişaf etməsi, demokratik cəmiyyətin tələblərinə uyğun şəkildə formalaşması, bu sahədə qanunvericilik bazasının yaranması, qanunların aliliyinin təmin olunmasındakı iştirakı, gündəlik ictimai-siyasi vəziyyət, dünyada gedən proseslər, Azərbaycanın hədəfləri - bütün bunlarla bağlı mətbuatımız üzərinə düşən vəzifəni zaman-zaman müəyyənləşdirib, müəyyən vaxtda üzləşdiyi çətinlikləri dəf edib. Mətbuatımız demokratik ənənələrin yaranmasında, qurulmasında özünəməxsus rol oynayıb, ölkəmizə bu sahədə tanınmış simalar bəxş edib”, - deyə B.Muradova vurğulayıb.

Milli Məclis sədrinin müavini bildirib ki, Azərbaycan dövləti mətbuatın rolunu yüksək dəyərləndirir. Bu prosesdə öz yerini tutmağa çalışan mətbuat nümayəndələrinin işi yüksək qiymətləndirilir, onların rolu xüsusi qeyd edilir. Ulu öndər Heydər Əliyev mətbuatı xüsusi qiymətləndirib, bu sahənin inkişafı ilə bağlı atılan addımlar nəticəsində mətbuat hazırkı mərhələyə gəlib çıxıb.

B.Muradova qeyd edib ki, Milli Məclisin deputatları da, jurnalistlər də xalqın hüquqlarını müdafiə edir. Bu illər ərzində mətbuatın nailiyyətləri çoxdur və biz bundan qürur hissi ilə danışa bilərik. Milli Məclisin fəaliyyəti hər kəsin gözü qarşısındadır. Lakin bəzən məlumatların doğru-düzgün çatdırılmasında müəyyən problemlər var. Bugünkü görüşün də əsas məqsədlərindən biri, mətbuatdan gözləntilərimizi nəzərə çatdırmaq, mətbuatın yardımına ehtiyacımız olan məsələləri müzakirə etməkdir.

Qeyd edək ki, görüşdə, həmçinin Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun sədri Vüqar Səfərov, qəzet, informasiya agentlikləri, informasiya portallarının nümayəndələri iştirak edirlər.

AZƏRTAC

Paylaş:
446

Son xəbərlər

Prezident Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB 220 / 09 / 2024, 17:52Azərbaycanın “Olivea” Brendi Beynəlxalq Arenada İrəliləyir: İxracda Uğurlu Addımlar20 / 09 / 2024, 17:46Azərbaycan Ordusunun Baş Qərargah rəisi Romada NATO Müdafiə Kollecində olub20 / 09 / 2024, 17:39Ali Məhkəmənin sədri Qırğızıstanda səfərdə olub20 / 09 / 2024, 17:37Azərbaycan Səudiyyə İnkişaf Fondu ilə əlaqələri genişləndirmək istəyir20 / 09 / 2024, 17:29“Youtube” şirkətinin həmtəsisçisi Bakıda sammitdə iştirak edəcək20 / 09 / 2024, 17:16İlham Əliyev Xankəndidə Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışında iştirak edib20 / 09 / 2024, 17:09Bakıda Orta Dəhliz ölkələrinin vahid assosiasiyasının yaradılması müzakirə olundu20 / 09 / 2024, 16:40Bakının Ələsgər Qayıbov küçəsində avtomobillə hərəkət tam məhdudlaşdırılacaq20 / 09 / 2024, 16:27Nərimanov rayon prokurorluğunun yeni binasının açılışı olub20 / 09 / 2024, 16:21QAİ ABŞ Konqresində keçirilmiş dinləmələrdə ölkəmizin əleyhinə səsləndirilən ittihamlarla bağlı bəyanat yaydı20 / 09 / 2024, 15:58“İnstagram”da qumarla kibercinayətkarlıq edən şəbəkə ifşa olunub, 9 nəfər tutulub - FOTO20 / 09 / 2024, 15:33Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycanın Dövlət Suverenliyi gününü təbrik edib20 / 09 / 2024, 15:08Bakıda azyaşlıya qarşı zorakılıq edən şəxs işdən çıxarıldı - VİDEO20 / 09 / 2024, 14:58Birinci Qarabağ müharibəsinin şəhidi Tərlan Rüstəmovla vida mərasimi keçirilib20 / 09 / 2024, 14:55Səhiyyə Nazirliyi Zəngilanda ağciyər xəstəliklərinin erkən aşkarlanması ilə bağlı tibbi baxışlar keçirib20 / 09 / 2024, 14:34Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi Səfəralı Səfərov dəfn edilib20 / 09 / 2024, 14:25Sükan arxasında yuxusuzluq növbəti dəfə faciəvi sonluqla bitdi20 / 09 / 2024, 14:23Cahit Bağçı Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib20 / 09 / 2024, 14:01Xəzərdə balıq ovu qaydalarını pozan şəxslər saxlanılıb20 / 09 / 2024, 13:45
Bütün xəbərlər