Şaxta olacaq, yollar buz bağlayacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi fevral ayının 18-nə olan hava proqnozunu açıqlayıb.
Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 2-5 dərəcə şaxta, gündüz 2-5 dərəcə isti, Bakıda gecə 2-4 dərəcə şaxta, gündüz 3-5 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunu, nisbi rütubət 80-90 faiz təşkil edəcək.
Gecə və səhər yollar buz bağlayacaq.
Azərbaycanın rayonlarında fevralın 18-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 2-7 dərəcə şaxta, gündüz 3-6 dərəcə isti, dağlarda gecə 9-14, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.
1news.az