Rejissor Şahin Zəkizadə son mənzilə yola salındı – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Rejissor Şahin Zəkizadə son mənzilə yola salındı – FOTO

14:38 - 17 / 02 / 2017
Rejissor Şahin Zəkizadə son mənzilə yola salındı – FOTO

Dünən uzun sürən ağır xəstəlikdən sonra vəfat edən rejissor Şahn Zəkizadə son mənzilə yola salınıb.

1news.az-ın məlumatına görə, mərhum rejissorla vida mərasiminə ailə üzvləri ilə yanaşı yaxın qohumları, dostları, sənət yoldaşları da qatılıblar.

Vida mərasimindən sonra Ş.Zəkizadə Maştağada yerləşən “Seyidlər” qəbiristanlığında dəfn olunub.

Qeyd edək ki, Ş. Zəkizadə qan xərçəngindən əziyyət çəkirdi. O, Tibb Universitetinin Tədris Terapevtik Klinikasında müalicə olunurdu.

Allah rəhmət eləsin!

Fotolar: Axsam.az, Qafqazinfo.az

1news.az

Paylaş:
1089

Son xəbərlər

Bütün xəbərlər