Oleq Soloduxin: Yuri Andropov özünün varisi rolunda məhz Heydər Əliyevi görürdü | 1news.az | Xəbərlər
Siyasət

Oleq Soloduxin: Yuri Andropov özünün varisi rolunda məhz Heydər Əliyevi görürdü

17:19 - 17 / 02 / 2017
Oleq Soloduxin: Yuri Andropov özünün varisi rolunda məhz Heydər Əliyevi görürdü

Rusiyanın Praqadakı Mədəniyyət və Elm Mərkəzinin direktor müavini Oleq Soloduxin öz Facebook səhifəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev haqqında səmimi və xoş fikirlərini paylaşıb.

Onun atası Yuri Soloduxin vaxtilə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyevin köməkçisi vəzifəsində işləyib. O.Soloduxin Heydər Əliyevin SSRİ-nin ən görkəmli rəhbərlərindən olduğunu atasından eşidib və həmişə Ulu Öndərin şəxsiyyətinə hörmət və ehtiram bəsləyib.

AZƏRTAC Oleq Soloduxinin Facebook səhifəsindəki fikirlərini təqdim edir:

“Maraqlıdır, nəyə görə Heydər Əliyevin məhz sovet tarixində rolu barədə susurlar? Axı Heydər Əliyevin sovet nomenklaturuna daxil olan müasirlərinin çoxunun fikrincə, Y.V.Andropov özünün varisi rolunda M.S.Qorbaçovu deyil, məhz Heydər Əliyevi görürdü. Y.Andropov planlaşdırırdı ki, Heydər Əliyev SSRİ Nazirlər Sovetinin sədri olacaq, onun hakimiyyət səlahiyyətləri xeyli genişlənəcək. Azərbaycanlı siyasi xadimin irəliləməsində fasilə yalnız Baş katibin vaxtsız vəfatı nəticəsində yarandı. Lakin əgər Heydər Əliyevin Moskvada hansı məsələlərə cavabdeh olduğunu, onun hakimiyyətdə olduğu qısa müddətdə nələr etməyə macal tapdığını xatırlasaq, o, Sovet İttifaqının ən görkəmli rəhbərləri ilə bir sırada dayanır.

Andropovun həyata keçirdiyi modernləşmə prosesinin liderlərindən biri olan Heydər Əliyev “Xalq təsərrüfatında elmi-texniki tərəqqinin sürətləndirilməsi tədbirləri haqqında” 1983-cü il 18 avqust tarixli qərarın işlənib hazırlanmasında fəal iştirak edib. Xatırlatmalıyıq ki, Sov.İKP MK 12 ilə yaxın müddətdə elmi-texniki siyasət məsələlərinə dair özünün plenumunu keçirməyə çalışırdı, lakin bu plenumu keçirməmişdi.

Buna görə ən kəskin məsələləri SSRİ Nazirlər Soveti vasitəsilə həll etmək lazım gəlirdi. Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olarkən 12 nazirliyə, o cümlədən maşınqayırma, nəqliyyat, yüngül sənaye, mədəniyyət, təhsil sahələrinə kuratorluq edirdi. 1984-cü ildən o, SSRİ Nazirlər Sovetinin Məktəb İslahatı üzrə Komissiyasına, Operativ Məsələlər üzrə Komissiyasına rəhbərlik edirdi. 1986-cı ildən SSRİ Nazirlər Sovetinin Sosial inkişaf üzrə Bürosunun sədri idi. Bu vəzifədə o, Sov.İKP MK-nın “2000-ci ilə qədər olan dövrdə sağlamlığın mühafizəsinin inkişafının və SSRİ səhiyyəsinin yenidən qurulmasının əsas istiqamətləri haqqında” Qərarının qəbul edilməsinə nail oldu.

Bu qərar nəinki səhiyyə sahəsinin strukturunun və idarə olunmasının modernləşdirilməsini, həmçinin səhiyyəyə ciddi maliyyə qoyuluşlarını, onun maddi-texniki bazasının yenilənməsini təmin etdi. Onu da demək istərdim ki, Heydər Əliyev Moskvaya işləməyə gələrkən Azərbaycandan yalnız iki nəfəri – mühafizə xidmətinin rəisini və şəxsi aşpazını gətirdi. Bütün qalan işçilər, hətta onun şəxsi katibliyi də moskvalı kadrlardan formalaşdırıldı”.

AZƏRTAC

Paylaş:
639

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər