Sərbəst güləşçilərimiz dünya kuboku yarışlarının bürünc medalına sahib olublar | 1news.az | Xəbərlər
İdman

Sərbəst güləşçilərimiz dünya kuboku yarışlarının bürünc medalına sahib olublar

19:03 - 17 / 02 / 2017
Sərbəst güləşçilərimiz dünya kuboku yarışlarının bürünc medalına sahib olublar

Fevralın 17-də İran İslam Respublikasının Kirmanşah şəhərində böyüklər arasında sərbəst güləş üzrə dünya kuboku yarışları başa çatıb.

1news.az Azərtac-a istinadən xəbər verir ki, püşkatmanın nəticəsinə əsasən, yığma komandamız Rusiya, Gürcüstan və ABŞ idmançıları ilə “A” yarımqrupunda mübarizə aparıb.

İlk görüşdə Rusiya idmançıları ilə qarşılaşan güləşçilərimiz görüşü 4:4 hesablı bərabərliklə bitiriblər. Ancaq xalların keyfiyyətinə görə, 32:29 hesabı ilə öndə olan yığmamız görüşü qalib başa vurub. Yarımqrupun ikinci görüşündə yığmamız Gürcüstan güləşçilərini 5:3 hesabı ilə məğlub edib.

Yarımqrupun son görüşünü komandamız ABŞ idmançılarına qarşı keçirib. Ümumi hesab 4:4 olsa da, texniki xallara görə, 20:14 hesabı ilə üstün ABŞ idmançıları finala yüksəliblər.

Yığmamız digər yarımqrupun ikincisi olan Türkiyə komandası ilə üçüncü yer uğrunda görüşə çıxıb. Rəqibə 7:1 hesabla qalib gələn güləşçilərimiz dünya kubokunu üçüncü sırada tamamlayıb və bürünc medala sahib olublar.

1news.az

Paylaş:
901

Son xəbərlər

Bütün xəbərlər