“Beşiktaş”, “Roma” və “Mançester Yunayted”dən qələbə
UEFA Avropa Liqasında fasilə başa çatıb.
1news.az-ın məlumatına görə, mübarizə 1/16 final mərhələsinin ilk oyunları ilə davam edib.
Günün ilk oyunu Rusiyada keçirilib. Burada “Krasnodar” “Fənərbaxça”nı qəbul edib. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbə qazanıb.
Türkiyənin digər təmsilçisi “Beşiktaş” İsraildə “Hapoel”in qonağı olub və inamlı qələbə qazanıb - 3:1. “Osmanlıspor” isə Yunanıstanda “Olimpiakos”la qolsuz bərabərliyə nail olub.
UEFA Avropa Liqası
1/16 final mərhələsi, ilk oyunlar
16 fevral
“Krasnodar” (Rusiya) – “Fənərbaxça” (Türkiyə) - 1:0
Qol: Klaeson, 4
“Astra” (Rumıniya) – “Genk” (Belçika) - 2:2
Qollar: Budesku, 43, Seto, 90 - Kastanye, 25, Trossard, 83
“Alkmaar” (Hollandiya) – “Lion” (Fransa) - 1:4
Qollar: Cahanbaxş, 68 - Trusart, 26, Lakazet, 45, 57, Ferri, 90+5
“Borussiya” (Mönhenqladbax, Almaniya) – “Fiorentina” (İtaliya) - 0:1
Qol: Bernardeski, 44
“Selta” (İspaniya) – “Şaxtyor” (Ukrayna) - 0:1
Qol: Leşuk, 27
“Rostov” (Rusiya) – “Sparta” (Çexiya) - 4:0
Qollar: Mevlya, 15, Poloz, 38, Noboa, 40, Azmun, 68
“Gent” (Belçika) – “Tottenhem” (İngiltərə) - 1:0
Qol: Perbet, 59
“Ludoqorets” (Bolqarıstan) – “Kopenhagen” (Danimarka) - 1:2
Qollar: Keseru, 81 - Anşe, 2 (öz qapısına), Tutu, 53
“Olimpiakos” (Yunanıstan) – “Osmanlıspor” (Türkiyə) - 0:0
“Anderlext” (Belçika) – “Zenit” (Rusiya) - 2:0
Qollar: Açemponq, 5, 31
“Atletik” (İspaniya) – APOEL (Kipr) - 3:2
Qollar: Efrem, 38 (öz qapısına), Aduriz, 61, Villiams, 72 - Efrem, 36, Ciannotas, 89
“Hapoel” (Beer-Şeva, İsrail) – “Beşiktaş” (Türkiyə) - 1:3
Qollar: Barda, 4 - Villiam, 42 (öz qapısına), Cenk, 60, Atiba, 90+3
“Legiya” (Polşa) – “Ayaks” (Hollandiya) - 0:0
“Mançester Yunayted” (İngiltərə) – “Sent-Etyenn” (Fransa) - 3:0
Qollar: İbrahimoviç, 15, 75, 88 (pen.)
PAOK (Yunanıstan) – “Şalke” (Almaniya) - 0:3
Qollar: Burqstaller, 27, Mayer, 82, Huntelaar, 90
“Vilyarreal” (İspaniya) – “Roma” (İtaliya) - 0:4
Qollar: Emerson, 32, Ceko, 65, 79, 86
1news.az