Azərbaycan və Ermənistanın XİN rəhbərləri Münhendə Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər
Münhendə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarovla Edvard Nalbandyan arasında görüş baş tutub.
1news.az-ın məlumatına görə, bu barədə Ermənistan XİN-nin mətbuat xidmətinin rəhbəri Tiqran Balayan özünün Tvitter səhifəsində yazıb. Qeyd edib ki, nazirlərin görüşü ATƏT Minsk Qrupunun həmsədrlərinin təşəbbüsü ilə Münhen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutub.
Görüşün digər təfərrüatları açıqlanmasa da, XİN rəhbərlərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı müzakirələr apardıqları güman edilir.
Qeyd edək ki, Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında sonuncu görüş 2016-cı ilin dekabrında Hamburqda baş tutub.
1news.az
636