Allahşükür Paşazadə: “Azərbaycanda dini icmalar arasında qarşıdurma, məzhəb ayrı-seçkiliyi yoxdur” | 1news.az | Xəbərlər
Cəmiyyət

Allahşükür Paşazadə: “Azərbaycanda dini icmalar arasında qarşıdurma, məzhəb ayrı-seçkiliyi yoxdur”

14:25 - 18 / 02 / 2017
Allahşükür Paşazadə: “Azərbaycanda dini icmalar arasında qarşıdurma, məzhəb ayrı-seçkiliyi yoxdur”

“Beynəlxalq Multikulturalizm Qış Məktəbinin müdavimləri kimi, bölgələrdə müxtəlif dini icmaların nümayəndələri ilə görüşdünüz. Azərbaycan tolerantlığı, dini dözümlülüyü ilə dünya üçün gözəl bir nümunədir”.

1news.az APA-ya istinadən xəbər verir ki, bunu Beynəlxalq Multikulturalizm Qış Məktəbinin 16 ölkədən olan müdavimləri ilə görüşdə Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə deyib.

O bildirib ki, Yaxın Şərqdə baş verən hadisələr, dünyada dini dözümlülük sahəsində müşahidə olunan problemlər baxımından bu il prezident İlham Əliyev tərəfindən "İslam Həmrəyliyi İli"  elan olunması mühüm qərardır:

“Ermənistan tərəfindən torpaqlarımızın 20 faizi işğal olunub, məscidlərimiz, məbədlərimiz dağıdılıb. Buna görə də böyük mənada islam həmrəyliyini qeyd edə bilmirik. İstərdik ki, torpaqlarımız sülh yolu ilə işğaldan azad edilsin. İnsanlarımızın Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə qayıdışı böyük inam yaradır”.

A. Paşazadə qeyd edib ki, Azərbaycanda xristianların, yəhudilərin məbədləri bərpa olunur:

“Dini icma rəhbərləri kimi biz beynəlxalq tədbirlərdə də birgə iştirak edirik. Azərbaycanda dini icmalar arasında qarşıdurma yoxdur, məzhəb ayrı-seçkiliyi görünmür. Bu da Azərbaycanda dövlət-din münasibətlərinin düzgün qurulmasından irəli gəlir”.

1news.az

Paylaş:
564

Son xəbərlər

Silk Way Group COP29 çərçivəsində Ələt Azad İqtisadi Zonasında yeni yük hava limanını təqdim edib12 / 11 / 2024, 18:40Mehriban Əliyeva COP29-un Liderlər Sammiti ilə bağlı paylaşım edib12 / 11 / 2024, 18:02Azərbaycan Prezidenti Çexiyanın Baş naziri ilə görüşüb12 / 11 / 2024, 17:43Emin Ağalarov: “Bakıda keçirilən COP29 yeni imkanlar yaradır” - MÜSAHİBƏ12 / 11 / 2024, 17:27Dövlət Başçısı Rəcəb Tayyib Ərdoğan ilə görüşüb - YENİLƏNİB12 / 11 / 2024, 17:25Alparslan Bayraktar: “Türkiyə, külək və günəş enerjisində quraşdırılmış gücünü 4 dəfə artırmağı hədəfləyir”12 / 11 / 2024, 17:14Azərbaycan və Polşa Prezidentləri arasında görüş keçirilib - FOTO12 / 11 / 2024, 17:06Azərbaycan Ordusunun Baş Qərargah rəisi MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib12 / 11 / 2024, 16:59Dövlət Başçısı İordaniya Haşimilər Krallığının Vəliəhdi ilə görüşüb - YENİLƏNİB12 / 11 / 2024, 16:59Prezidentin ailəsi COP29-da - FOTO12 / 11 / 2024, 16:45ADY sərnişinlərə müraciət edib12 / 11 / 2024, 16:37Əksər rayonlarda yağıntılı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA12 / 11 / 2024, 16:21Prezident İspaniya Krallığı Hökumətinin Sədri ilə görüşüb - YENİLƏNİB12 / 11 / 2024, 16:08İlham Əliyev Qana Prezidenti ilə görüşüb12 / 11 / 2024, 15:44Əmtəə bazarlarında qızıl və gümüş cüzi bahalaşıb12 / 11 / 2024, 15:22İlham Əliyev FIFA-nın prezidenti ilə görüşüb12 / 11 / 2024, 14:34XİN Konstitusiya Günü münasibətilə paylaşım edib12 / 11 / 2024, 14:16Əli Əsədov İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə söhbət edib12 / 11 / 2024, 14:01Baş nazir Əli Əsədov İraqın Prezidenti Əbdüllətif Camal Rəşid ilə görüşüb12 / 11 / 2024, 13:41İlham Əliyev COP29-un açılış mərasimində çıxışı zamanı Azərbaycana qarşı ittihamlardan danışıb12 / 11 / 2024, 13:23
Bütün xəbərlər