İlham Əliyev Münhendə Binəli Yıldırımla görüşüb - FOTO | 1news.az | Xəbərlər
Siyasət

İlham Əliyev Münhendə Binəli Yıldırımla görüşüb - FOTO

14:43 - 18 / 02 / 2017
İlham Əliyev Münhendə Binəli Yıldırımla görüşüb - FOTO

Fevralın 18-də Münhendə Azərbaycan prezidenti İlham Əliyev ilə Türkiyənin baş naziri Binəli Yıldırımın görüşü olub.

1news.az dövlət başçısının saytına istinadən xəbər verir ki, görüşdə ölkələrimiz arasında dostluq və tərəfdaşlıq münasibətlərinin inkişaf etdiyi və bunun məmnunluq doğurduğu bildirilib.

Azərbaycanla Türkiyənin Bakı-Tbilisi-Qars, Cənub Qaz Dəhlizi, TANAP və digər böyük layihələri uğurla həyata keçirdiyi, bu sahədə əməkdaşlığın davam etdirildiyi qeyd olunub.

Baş naziri Binəli Yıldırım ölkəsində gedən proseslər və referenduma hazırlıqdan danışıb.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparılıb.

1news.az

Paylaş:
795

Son xəbərlər

Bütün xəbərlər