Azərbaycan Prezidenti “Leonardo” şirkətinin baş icraçı direktoru ilə görüşüb
Azərbaycan prezidenti İlham Əliyev fevralın 18-də Münhendə “Leonardo” şirkətinin baş icraçı direktoru və baş meneceri Mauro Moretti ilə görüşüb.
1news.az Przidentin mətbuat xidmətinə istinadən xəbər verir ki, Mauro Moretti Azərbaycanda olduğunu, Bakının gözəlliyinə heyran qaldığını bildirib.
Ölkəmizdə gedən inkişaf proseslərini və qazanılan nailiyyətləri yaxından izlədiyini deyən baş icraçı direktor şirkətin Azərbaycanda müxtəlif strukturlarla, o cümlədən SOCAR ilə əlaqələrindən danışıb, əməkdaşlığın genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğunu deyib.
Söhbət zamanı əməkdaşlıq əlaqələrinin genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.
1news.az
778