Ronaldo ötən il reklamdan 442 milyon funt-sterlinq qazanıb | 1news.az | Xəbərlər
Futbol

Ronaldo ötən il reklamdan 442 milyon funt-sterlinq qazanıb

16:31 - 18 / 02 / 2017
Ronaldo ötən il reklamdan 442 milyon funt-sterlinq qazanıb

Portuqaliya milli komandası və İspaniyanın “Real Madrid” klubunun futbolçusu Kriştianu Ronaldo 2016-cı ildə 442 milyon funt-sterlinq qazanıb.

1news.az “Report”a istinadən xəbər verir ki, 32 yaşlı hücumçu bu vəsaiti “Nike” brendinin reklamından əldə edib.

Ronaldo sosial şəbəkələrdəki rəsmi səhifələrində “Nike”ın adını 1703 dəfə hallandırıb. 2017-ci ildə portuqaliyalı futbolçunun bu xidmətinə görə 800 milyon funt-sterlinq qazanacağı proqnozlaşdırılır.

Qeyd edək ki, Kriştianu Ronaldo 2003-cü ildən “Nike” ilə əməkdaşlıq edir. O, ötən il sözügedən şirkətlə ömürlük müqavilə bağlayıb.

1news.az

Paylaş:
889

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər