Dəniz Yılmaz “Bursaspor”dan qovuldu
Milli komandamızın üzvü Dəniz Yılmaz “Bursaspor”dan qovulub.
1news.az qol.az-a istinadən xəbər verir ki, klubun yaydığı bəyanatda aşağıdakılar qeryd edilib:
“Futbolçularımız Sərcan Yıldırımla Dəniz Yılmaz İdarə Heyəti və baş məşqçi Mutlu Topçunun qərarı ilə komandadan uzaqlaşdırılıblar. Hər iki oyunçuya eyni zamanda pul cəriməsi də veriləcək. İndiyə qədər sərgilədikləri oyunla gələcək planlarımızda yer alması qeyri-mümkün görünən bəzi oyunçularımızla bağlı araşdırmalarımız davam edir”.
Qeyd edək ki, Türkiyə superliqasının 21-ci turunda dünən səfərdə “Kayserispor”la keçirilən oyunun 19-cu dəqiqəsində rəqibə qarşı kobud oynayan D.Yılmaz birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Həmin qarşılaşma “Bursaspor”un 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
1news.az