Zaqatalada fındıq bağlarında yanğın olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Zaqatalada fındıq bağlarında yanğın olub

18:45 - 19 / 02 / 2017
Zaqatalada fındıq bağlarında yanğın olub

Zaqatalada yanğın baş verib.

1news.az APA-ya istinadən xəbər verir ki, bu gün saat 16:00 radələrində rayonun Muğanlı kənd inzibati ərazisində kənd sakinlərinə məxsus fındıq bağlarında yanğın qeydə alınıb.

Hadisə yerinə FHN-nin Zaqatala rayon DYMH-nin texnikaları və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində kənd sakini Rəvan Nəriman oğlu Babayevə məxsus 0,5 hektar sahədə olan 40 ədəd fındıq kolu yanıb. Yanğının genişlənərək digər sakinlərə məxsus sahələrə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
543

Son xəbərlər

Bütün xəbərlər