Əntiq malları ölkə ərazisindən qanunsuz yolla çıxarmaq istədi – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Əntiq malları ölkə ərazisindən qanunsuz yolla çıxarmaq istədi – VİDEO

14:16 - 21 / 02 / 2017
Əntiq malları ölkə ərazisindən qanunsuz yolla çıxarmaq istədi – VİDEO

Tovuz Gömrük İdarəsinin əməkdaşları külli miqdarda mədəni-məişət və təsərrüfat malları, eləcə də əntiq əşyaların qanunsuz yolla ölkə ərazisindən çıxarılmasına cəhdin qarşısını alıblar.

1news.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, İdarənin “Sınıq Körpü” gömrük postunda Azərbaycan Respublikasından Gürcüstan Respublikasına gedən “DAF” markalı 99XT556/99ZC556 dövlət qeydiyyat nişanlı yük avtomobilində mal-müşayiət sənədlərində göstərilən çəki ilə faktiki çəki arasında fərq qeydə alınıb.

Azərbaycan vətəndaşı Azad Mirzəbəy oğlu Mirseyfullayevin idarə etdiyi həmin avtomobilə baxış zamanı, yük yerindəki yağ qutularının altında əmtəə-nəqliyyat qaiməsində (CMR) və invoysda göstərilməyən müxtəlif ölçülü digər qutular aşkar edilib.

Həmin qutulara baxış nəticəsində isə külli miqdarda mədəni-məişət və təsərrüfat malları, həmçinin 25 ədəd əntiq xalça və 5 ədəd əntiq samovar aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
582

Son xəbərlər

Bütün xəbərlər