Ukrayna Dağlıq Qarabağda keçirilmiş “referendumu” tanımır | 1news.az | Xəbərlər
Siyasət

Ukrayna Dağlıq Qarabağda keçirilmiş “referendumu” tanımır

22:34 - 21 / 02 / 2017
Ukrayna Dağlıq Qarabağda keçirilmiş “referendumu” tanımır

Ukrayna XİN Dağlıq Qarabağda keçirilmiş “referendumu”a reaksiya bildirib.

1news.az Trend-ə istinadən xəbər verir ki, Ukrayna XİN-in saytında dərc olunmuş XİN-in mətbuat katibinin Maryana Betsının şərhində deyilir:

“Azərbaycan Respublikasının konstitusiyasına pozan "referendumun" hüquqi əsasları yoxdur”, - deyə məlumatda deyilir.

Ukraynanın Dağlıq Qarabağ münaqişəsi üzrə mövqeyi dəyişməz olaraq qalır - Ukrayna Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində tanıyır.

1news.az

Paylaş:
518

Son xəbərlər

Bütün xəbərlər