“Diplomat Magazine” jurnalı Prezident İlham Əliyevin Belçikaya səfəri zamanı keçirdiyi görüşlərdən yazıb | 1news.az | Xəbərlər
Siyasət

“Diplomat Magazine” jurnalı Prezident İlham Əliyevin Belçikaya səfəri zamanı keçirdiyi görüşlərdən yazıb

23:21 - 21 / 02 / 2017
“Diplomat Magazine” jurnalı Prezident İlham Əliyevin Belçikaya səfəri zamanı keçirdiyi görüşlərdən yazıb

Baş ofisi Haaqa şəhərində yerləşən, Benelüks ölkələri və Avropa İttifaqı institutları üçün yayımlanan “Diplomat Magazine” jurnalının rəsmi internet səhifəsində Prezident İlham Əliyevin fevralın 5-6-da Belçikaya səfəri və Brüsseldə keçirdiyi görüşlər barədə “President Aliyev in Brussels” (http://www.diplomatmagazine.nl/2017/02/20/president-aliyev-in-brussels/ ) başlıqlı xəbər dərc olunub.

1news.az Azərtac-a istinadən xəbər verir ki, materialda Prezident İlham Əliyevin Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti xanım Federika Moqerini, Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker, Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk, Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç, Belçika Kralı Filiplə keçirdiyi görüşlər barədə qısa xəbər verilib.

1news.az

Paylaş:
616

Son xəbərlər

Bütün xəbərlər