IV İslam Həmrəylik Oyunlarında 600 nəfərə yaxın tibbi yardım könüllüsü iştirak edəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

IV İslam Həmrəylik Oyunlarında 600 nəfərə yaxın tibbi yardım könüllüsü iştirak edəcək

13:34 - 22 / 02 / 2017
IV İslam Həmrəylik Oyunlarında 600 nəfərə yaxın tibbi yardım könüllüsü iştirak edəcək

IV İslam Həmrəylik Oyunları zamanı tibbi xidmətin təşkili məqsədilə 600 nəfərə qədər könüllü cəlb olunacaq.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Tibb Universitetinin (ATU) mətbuat xidmətindən “Report”a məlumat verilib.

AT-dan bildirilib ki, mayın 12-dən 22-dək Azərbaycanda keçiriləcək IV İslam Həmrəylik Oyunları zamanı tibbi xidmətin təşkili məqsədilə 600 nəfərə qədər könüllü cəlb olunacaq.

İslam Oyunları Təşkilat Komitəsinin baş tibbi məsləhətçisi Samir Zeynalovun sözlərinə görə, bütün könüllülər fevral-mart ayları ərzində müxtəlif yönümlü tibbi təlimlərə cəlb olunacaqlar. Fevral ayının 6-dan bu günə qədər artıq 360 nəfər tibbi yardım könüllüsü ATU Tədris Cərrahiyyə Korpusunda oyunlar zamanı ilkin tibbi yardımın strukturu, təşkili, İlk Tibbi Yardım və Həyatın Vacib Saxlanması (BLS- Basic Life Support) təlimlərinə cəlb olunaraq nəzəri olaraq məlumatlandırılıb və praktiki vərdişlərə yiyələniblər.

S. Zeynalov bildirib ki, təlimlər zamanı ən müasir təlim və tədris avadanlıqlarından istifadə olunub:

“Biz, yaxın vaxtlarda Azərbaycan Tibb Universitetinin 200 nəfərə qədər hazırkı IV və V kurs tələbələrini də bu təlimlərə cəlb etməklə, ilk tibbi yardım və həyatın vacib saxlanması vərdişlərinin onlar tərəfindən mənimsənilməsinə və könüllü olaraq oyunlar zamanı bizə dəstək olmalarına nail olmaq fikrindəyik. Artıq bu sahədə ilk Avropa oyunlarından müsbət təcrübə var və ozünü doğruldub. Bu təlimlərin həyata keçirilməsində bizə lazımi dəstəyi və hərtərəfli köməyi əsirgəməyən ATU-nun Tədris Cərrahiyyə Korpusunun direktoru, professor Surxay Hadıyevə minnətdarlığımızı bilidirir, əməkdaşlığımızın gələcəkdə daha sıx olacağına və ümumilikdə, ölkəmizə daha çox fayda verəcəyinə əminliyimizi bildiririk”.

1news.az

Paylaş:
724

Son xəbərlər

1987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14Bakı-Qazax yolunda yük maşını ilə avtobus toqquşub, xəsarət alan varBu gün, 13:09Saray qəsəbəsində qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:03Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb - FOTO - YENİLƏNİBBu gün, 12:54Yaşıllıqları qanunsuz kəsməyə görə cərimələr dəyişir, cəzalar sərtləşdirilirBu gün, 12:38Mingəçevirdə məktəbə Milli Qəhrəman Natiq Qasımovun adı verilibBu gün, 12:10Əli Əsədov Gürcüstanın Baş nazirinə məktub göndəribBu gün, 12:02ƏMAS-da yenilik: Məhkumluq haqqında arayış artıq elektron sistemdəBu gün, 11:54Bakı Hərbi Məhkəməsinə üç hakim ezam olunub - ADLARBu gün, 11:47Nazirlik: 5 avarlı qayığın fəaliyyətinə qadağa qoyulubBu gün, 11:39Azərbaycanda daha 8 KOB subyektinə “Startap” şəhadətnaməsi verilibBu gün, 11:17Milli Məclisin iclası başlayıb - 15 məsələ müzakirə olunacaqBu gün, 11:05Mastercard “Bakı Taksi Xidməti”, ABB və APAR ilə birgə dayanıqlı şəhər mobilliyini təkmilləşdirir - FOTOBu gün, 11:01“AzInTelecom” yeni “AzInCloud” platformasını istifadəyə veribBu gün, 10:57Bakıda 27 yaşlı oğlan ögey anasını öldürməkdə şübhəli bilinirBu gün, 10:55Elektrikli avtobusun yolda enerjisi bitib? - AÇIQLAMABu gün, 10:428 Noyabr prospektində quraşdırılan avtomobil və piyada svetoforlarının sayı açıqlanıbBu gün, 10:36Azərbaycanda 4 universitet akkreditasiya edilib - ADLARBu gün, 10:30Azərbaycan nefti cüzi bahalaşıbBu gün, 10:28
Bütün xəbərlər