Azərbaycanda 350 milyon manata qədər vergi borcu silinəcək
“Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanda 26 minə yaxın vergi ödəyicisinin toplam olaraq 350 mln. manata qədər vergi borcu üzrə hesablanan faiz və maliyyə sanksiyalarının silinməsi planlaşdırılır”.
1news.az “Report”a istinadən xəbər verir ki, bunu jurnalistlərə vergilər nazirinin müşaviri Ələkbər Məmmədov deyib.
O deyib ki, bu vaxta qədər 69 mindən çox vergi ödəyicisinin faiz və sanksiyalar üzrə borcu silinib:
“Ümumilikdə, 79 minə qədər vergi ödəyicisinin borcunun silinməsi gözlənilir”.
1news.az
500