Azərbaycan - İtaliya biznes forumu keçirilib – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan - İtaliya biznes forumu keçirilib – FOTO

15:21 - 23 / 02 / 2017
Azərbaycan - İtaliya biznes forumu keçirilib – FOTO

Fevralın 23-də Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-İtaliya biznes forumu keçirilib.

1news.az-ın məlumatına görə, tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, enerji, sənaye, İKT, maliyyə, səhiyyə, konsaltinq və s. sahələrdə fəaliyyət göstərən 140-a yaxın iş adamı iştirak edib.

Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar barədə məlumat verən iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov iqtisadiyyatın diversifikasiyasının və qeyri-neft sektorunun inkişafının prioritet istiqamətlərdən olduğunu qeyd edib, sahibkarlığın inkişafı, biznes və investisiya mühitinin yaxşılaşdırılması, ölkəmizin ixrac imkanlarının genişləndirilməsi, “Made in Azerbaijan” brendinin təşviqi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.

Azərbaycan-İtaliya iqtisadi əlaqələrinə gəlincə, nazir müavini bildirib ki, qarşılıqlı səfərlər və keçirilən görüşlər, iş adamlarının iştirakı ilə təşkil olunan işgüzar tədbirlər ölkələrimiz arasında əməkdaşlığın genişlənməsinə öz töhfəsini verir. İndiyədək ölkələrimiz arasında 17 biznes forum və işgüzar görüş keçirilib.

Azərbaycan və İtaliyanın müxtəlif sahələrdə uğurla əməkdaşlıq etdiyini diqqətə çatdıran N.Səfərov iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən sənaye, kənd təsərrüfatı, əczaçılıq sahələrində əlaqələrin genişləndirilməsi üçün imkanların olduğunu bildirib, iş adamlarını fəal əməkdaşlığa dəvət edib.

İtaliyanın iqtisadi inkişaf naziri Karlo Kalenda Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, ölkəsinin enerji sahəsində Azərbaycanın əsas tərəfdaşlarından olduğunu vurğulayıb.

K.Kalenda qeyd edib ki, İtaliya ilə Azərbaycan arasında iqtisadi əlaqələr əsasən qeyri-neft sektoru, İtaliyada istehsal olunan malların Azərbaycanda təşviqi və sənaye sahələri olmaqla üç istiqamətdə qurulub.

İtaliya-Azərbaycan iqtisadi əlaqələrinin genişləndirilməsi üçün mövcud potensialdan səmərəli istifadənin, iş adamları arasında əlaqələrin genişləndirilməsinin İtaliya-Azərbaycan iqtisadi-ticarət əməkdaşlığının inkişafında əhəmiyyətini vurğulayan K.Kalenda İtaliya iqtisadiyyatına və ölkəmizlə əməkdaşlığın inkişaf istiqamətlərinə dair məlumat verib.

Sonra AZPROMO-nun nümayəndəsi Azərbaycanın biznes və investisiya imkanlarına dair təqdimatla çıxış edib, İtaliya şirkətləri isə fəaliyyətlərinə dair məlumat veriblər.

Biznes forum iş adamları arasında ikitərəfli görüşlərlə davam edib.

1news.az

 

Paylaş:
808

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər