“Yuventus” və “Sevilya”dan qələbə – VİDEO | 1news.az | Xəbərlər
Futbol

“Yuventus” və “Sevilya”dan qələbə – VİDEO

09:29 - 23 / 02 / 2017
“Yuventus” və “Sevilya”dan qələbə – VİDEO

Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulub.

1news.az-ın məlumatına görə, “Yuventus” səfərdə “Porto” ilə qarşılaşıb. Görüş Turin təmsilçisinin qələbəsi ilə başa çatıb – 2:0.

Turun digər qarşılaşmasında “Sevilya” son İngiltərə çempionu “Lester”i qəbul edib. Oyunda meydan sahibləri minimalhesablı qələbə qazanıb – 2:1.   

Qeyd edək ki, ÇL-də 1/8 final mərhələsinin cavab oyunları 7, 8, 14 və 15 mart tarixlərində keçiriləcək.

UEFA Çempionlar Liqası

1/8 final mərhələsi, ilk oyunlar

22 fevral

“Porto” (Portuqaliya) – “Yuventus” (İtaliya) - 0:2

Qollar: Pyaça, 72, Dani Alves, 74

“Sevilya” (İspaniya) – “Lester” (İngiltərə) - 2:1

Qollar: Sarabia, 25, Korrea, 62 - Vardi, 73

1news.az

Paylaş:
735

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər