Elmar Məmmədyarov Rusiyaya səfər edəcək | 1news.az | Xəbərlər
Siyasət

Elmar Məmmədyarov Rusiyaya səfər edəcək

15:48 - 24 / 02 / 2017
Elmar Məmmədyarov Rusiyaya səfər edəcək

Xarici işlər naziri Elmar Məmmədyarov mart ayında Rusiyaya səfər edəcək.

1news.az-ın məlumatına görə, bu barədə nazirin özü məlumat verib.

Səfər zamanı rusiyalı həmkarı Sergey Lavrovla görüşəcəyini deyən E.Məmmədyarov iki ölkə arasında əlaqələr və beynəlxalq arenada əməkdaşlıqla bağlı məsələləri müzakirə edəcəklərini bildirib.

Lavrovla görüşdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı da fikir mübadiləsi aparılacağını deyən nazir digər görüşləri ilə bağlı da məlumat verib.

“Bundan başqa Nazirlər Kabinetində və Dövlət Dumasında da görüşlərim olacaq. Diplomatik Akademiyada çıxışım nəzərdə tutulub. Lavrovla iki ölkə arasında münasibətlərin 25 illiyinə həsr olunmuş sərginin açılışını edəcəyik”, - deyə E. Məmmədyarov qeyd edib.

1news.az

Paylaş:
422

Son xəbərlər

Bütün xəbərlər