“Qəbələ”nin futbolçusu əməliyyat olunub – FOTO | 1news.az | Xəbərlər
Futbol

“Qəbələ”nin futbolçusu əməliyyat olunub – FOTO

10:49 - 24 / 02 / 2017
“Qəbələ”nin futbolçusu əməliyyat olunub – FOTO

“Qəbələ”nin futbolçusu Elvin Camalov Türkiyədə əməliyyat olunub.

1news.az-ın klubun rəsmi “Facebook” səhifəsinə istinadən yaydığı xəbərə görə, 22 yaşlı yarımmüdafiəçinin əməliyyatı İstanbuldakı “Acıbadem” Kadıköy Xəstəxanasında baş tutub.

Ortoped-travmotoloq doktor Barış Kocaoğlu tərəfindən gerçəkləşdirilən əməliyyat uğurla sona çatıb. Cərrah bildirib ki, Camalovun 2,5 ay sonra yaşıl meydanlara dönməsi gözlənilir.

Qeyd edək ki, Elvin Camalov fevralın 12-də Topaz Premyer Liqasının XVIII turunda "Zirə” ilə  keçirilən oyunda zədələnib. Müayinə zamanı onun sağ ayağında qırıq aşkarlanıb və bu üzdən cərrahi müdaxilə zərurəti üzə çıxıb.

1news.az

Paylaş:
709

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər