ABŞ-ın Arizona ştatının Nümayəndələr Palatası Xocalı soyqırımını tanıyan bəyannamə qəbul edib – FOTO | 1news.az | Xəbərlər
Siyasət

ABŞ-ın Arizona ştatının Nümayəndələr Palatası Xocalı soyqırımını tanıyan bəyannamə qəbul edib – FOTO

10:52 - 24 / 02 / 2017
ABŞ-ın Arizona ştatının Nümayəndələr Palatası Xocalı soyqırımını tanıyan bəyannamə qəbul edib – FOTO

ABŞ-ın Arizona ştatının Nümayəndələr Palatası fevralın 23-də Xocalı soyqırımının tanınmasına dair bəyannamə qəbul edib.

Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan 1news.az-a verilən məlumata görə, bu, Arizona Nümayəndələr Palatası tərəfindən Xocalı soyqırımına dair qəbul edilən ilk rəsmi sənəddir.

Nümayəndələr Palatasının təxsisatlar komitəsinin sədri Don Şuter tərəfindən Palatanın plenar iclasında oxunan və yekdilliklə qəbul edilən bəyannamə plenar iclasda iştirak edən Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayevə təqdim edilib. Palatanın bütün üzvləri Xocalı qurbanlarının xatirəsinə hörmət əlaməti olaraq, bəyannamənin oxunmasını ayaq üstündə dinləyiblər.

Bəyannamədə bildirilir ki, erməni silahlı qüvvələri 1992-ci il 25-26 fevral tarixində Azərbaycanın Xocalı şəhərini işğal edərək, 600-dən çox mülki şəxsi qətlə yetirib, minə yaxın insanı yaralayıb və 1200-dən artıq insanı əsir götürüb. “Human Rights Watch” təşkilatının müvafiq hesabatına istinad edilərək, Xocalı soyqırımının Ermənistan-Azərbaycan münaqişəsində ən böyük kütləvi qətliam olduğu bildirilir və dünyanın bir sıra ölkələrinin və 20 ABŞ ştatının qanunverici orqanlarının və qubernatorlarının müvafiq sənədlər qəbul edərək, bu qətliamı pislədikləri vurğulanır.

Bəyannamədə xüsusilə vurğulanır ki, “bu soyqırımını törədənlər hələ də azadlıqdadırlar və məsuliyyətə cəlb olunmamışlar”.

Ermənistan-Azərbaycan münaqişəsinin hələ də davam etdiyi bildirilən sənəddə, buna səbəb kimi Ermənistan ordusu tərəfindən Dağlıq Qarabağ və 7 ətraf rayon da daxil olmaqla Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin hələ də işğal altında saxlanılması göstərilir.

Eyni zamanda, vurğulanır ki, BMT Təhlükəsizlik Şurası və Baş Məclisi müvafiq qətnamələr qəbul edərək, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğal edilməsini pisləyib.

Sonda, Arizona Ştatının Nümayəndələr Palatası tərəfindən 26 fevral 2017-ci il tarixinin Xocalı faciəsinin 25-ci ildönümü kimi tanındığı və faciənin qurbanlarının yad edildiyi bildirilir.

Bəyannamənin qəbulundan sonra, baş konsul N.Ağayev Nümayəndələr Palatasının spikeri və ayrı-ayrı üzvləri ilə görüşərək, Azərbaycan xalqının ağrısını bölüşdüklərinə və ədaləti dəstəklədiklərinə görə onlara təşəkkür edib.

Qeyd edək ki, bu, Arizona qanunverici orqanı tərəfindən Xocalı faciəsinə dair qəbul edilmiş ikinci sənəddir. İlk sənəd 2015-ci ilin 26 fevral tarixində qanunverici orqanın yuxarı palatası - Arizona Ştat Senatı tərəfindən qəbul edilmişdi. Həmçinin, 2014-cü ildə Arizona Senatı və Nümayəndələr Palatası Ermənistan tərəfindən Azərbaycana qarşı həyata keçirilən işğalçılıq və etnik təmizləmə siyasətini pisləyən qətnamələr qəbul edib.

1news.az

 

Paylaş:
667

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər