AFFA I divizion klublarının futbolçularını cəzalandırdı | 1news.az | Xəbərlər
Futbol

AFFA I divizion klublarının futbolçularını cəzalandırdı

23:40 - 24 / 02 / 2017
AFFA I divizion klublarının futbolçularını cəzalandırdı

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

1news.az-ın məlumatına görə, iclasda aşağıdakı qərarlar qəbul olunub:

- 22 fevral 2017-ci il, 2016/2017 mövsümündə, Azərbaycan I divizionun XVII turunun “Qaradağ Lökbatan” – “Ağsu” matçında “Qaradağ Lökbatan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur  (maddə 40). 

- Oyunun 86-cı dəqiqəsində “Ağsu” klubunun 12 №-li futbolçusu Şamo Həsənov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

- 22 fevral 2017-ci il, 2016/2017 mövsümündə, Azərbaycan I divizionun XVII turunun “Energetik” – “Turan Tovuz”  matçının 45+1-ci dəqiqəsində “Energetik” klubunun 17 №-li futbolçusu Etibar Alıyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

1news.az

 

Paylaş:
844

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər