Aşağı Güzdəkdə göl daşdı, evləri su basdı | 1news.az | Xəbərlər
Cəmiyyət

Aşağı Güzdəkdə göl daşdı, evləri su basdı

19:55 - 25 / 02 / 2017
Aşağı Güzdəkdə göl daşdı, evləri su basdı

Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən Daşağıl gölündə suyun səviyyəsinin qalxması nəticəsində yaxınlıqda olan fərdi yaşayış evlərinin həyətyanı sahələrini su basıb.

1news.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Mülki Müdafiə Qoşunlarının canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunaraq ərazidə suçəkmə işləri aparıblar.

Əməliyyat saat 19:07-də başa çatıb.

1news.az

Paylaş:
752

Son xəbərlər

Bütün xəbərlər