Ermənistan-Azərbaycan Sülh Platforması qoşunların təmas xəttində yaranmış gərginlikdən narahatlığını bildirib | 1news.az | Xəbərlər
Siyasət

Ermənistan-Azərbaycan Sülh Platforması qoşunların təmas xəttində yaranmış gərginlikdən narahatlığını bildirib

15:11 - 26 / 02 / 2017
Ermənistan-Azərbaycan Sülh Platforması qoşunların təmas xəttində yaranmış gərginlikdən narahatlığını bildirib

Ermənistan-Azərbaycan Sülh Platforması qoşunların təmas xəttində yaranmış gərginliklə bağlı bəyanat yayıb.

1news.az “Report”a istinadən xəbər verir ki, bəyanatda fevralın 24-25-də qoşunların təmas xəttində artan gərginlikdən narahatlıq ifadə edilir, insan itkiləri ilə bağlı yayılan məlumatlara görə dərin təəssüf hissi bildirilir:

“25 ildən çox uzanan münaqişədə sadə xalqın əziyyət çəkməsi, qaçqın və məcburi köçkünlərin doğma torpaqlarına qayıda bilməməsi, həmçinin döyüşlərdə hər iki tərəfdən itkilərin olması və onların ailələrinin bu itkilərlə yaşamaq ağrısı bizi dərindən üzür. Baş verənlər münaqişənin dərhal həll olunmasının vacibliyini bir daha göstərir”, - deyə bəyanatda qeyd edilir.

Ermənistan-Azərbaycan Sülh Platforması inanır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız sülh yolu ilə mümkündür. Buna görə də Sülh Platforması tərəfləri döyüş əməliyyatlarını dərhal dayandırmağa, münaqişəni beynəlxalq hüquq normaları çərçivəsində tezliklə həll etməyə səsləyir. Eyni zamanda, münaqişənin həlli istiqamətində vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədrləri danışıqlar prosesinin davam etdirilməsinə və münaqişənin tez bir zamanda həlli istiqamətində qətiyyətli addımlar atmağa çağırılır.

1news.az

Paylaş:
618

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər