Mart ayının ilk gününə olan hava proqnozu açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Mart ayının ilk gününə olan hava proqnozu açıqlanıb

14:05 - 28 / 02 / 2017
Mart ayının ilk gününə olan hava proqnozu açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi mart ayının 1-nə olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz cənub küləyi ilə  əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 1-4, gündüz 9-14, Bakıda gecə 2-4, gündüz 11-13 dərəcə isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi normadan yüksək  770  mm civə sütunu,  nisbi rütubət  gecə 80-90, gündüz 55-65 faiz təşkil edəcək. 

Azərbaycanın rayonlarında martın 1-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacaq. Qərb küləyi  əsəcək.

Havanın temperaturunun gecə 0-5, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza görə, mart ayının 3-dək Abşeron yarımadasında mülayim yaz havası meteohəsas insanlar üçün əlverişlidir.

1news.az

Paylaş:
778

Son xəbərlər

Bütün xəbərlər