“Karabakh Vienna” FK – Avropanın mərkəzində Vətənin bir hissəsi – FOTO
Açığı həmyerlilərimizin xaricdəki vətənpərvərlik təşəbbüsü istədiyimdən çox-çox azdır. Lakin Avstriyada Orxan Vəliyevin “Karabakh Vienna” futbol klubunun (FK) yaradılması təşəbbüsü həqiqətən də təqdirəlayiqdir.
Bununla bağlı lap başdan danışmağa başlayaq.
Çempionatda heç bir uğur əldə edə bilməyən Avstriyanın “Ottakring” komandasının ciddi maliyyə problemləri vardı. Bu problem maraqlanan şəxslərin sponsorluğu ilə həll edilə bilərdi. Nəticədə də bunu Azərbaycandan olan sərmayədarlar həll etdi. Yeni sahiblərin yeganə şərti klubunun adının dəyişdirilməsi oldu. Və sonda Avstriya futbol klubunda danışıqların nəticəsi olaraq “Qarabağ Vena” klubu yaradıldı.
Azərbaycanla Avstriya arasında dostluq münasibətlərini qeyd edən klub öz adında hər iki ölkənin tarixi regionlarını birləşdirdi: Vyana – Avstriya və Avropanın mədəniyyət beşiyi, Qarabağ isə Azərbaycan və bütün Qafqazın mədəni irs qalasıdır.
Təəssüflər olsun ki, son 25 ildə Qarabağın adı sadəcə olaraq hərbi münaqişələrlə hallanır. Lakin Azərbaycanın ayrılmaz parçası olan Qarabağ cəmiyyət tərəfindən ölkəmizə çoxlu sayda sənət, mədəniyyət və idman xadimlərini bəxş edən region olaraq yüksək diqqətə görməlidir. Yaradılmış futbol klubu məqsədi məhz bu nöqteyi-nəzərdən diyarımızı məşhburlaşdıraraq gənc nəslə düzgün tərbiyə aşılamaqdır.
Dörd azərbaycanlı, bir avstriyalı və bir türkdən ibarət çoxmillətli “Karabakh Vienna”nın idarəetməsi inkişafın bu vektorunu dəstəkləyir və bu konteksdə gücləndirilmiş iş həyata keçirir. Qeyd edək ki, klubun prezidenti Orxan Vəliyev – Avstriyanın Dövlət İqtisad Universitetində ali təhsil alıb.
“Karabakh Vienna” komandası haqda danışarkən xüsusi olaraq qeyd etmək lazımdır ki, klub sadəcə olaraq deyil, nəticə əldə etmək üçün yaradılıb. Komadanın oyunçuları və rəhbərləri qarşısında müəyyən məqsəd və vəzifələr qoyulub. Onlar bu məqsəd və vəziflərə nail olmağa çalışırlar. Bunu yaxın zamanlarda da olsa komandanın zəngin tarixindən aydın görmək mümkündür.
“Karabakh Vienna” klubu 2014-cü ildə rəsmi olaraq Vyananın Futbol Federasiyasından (WFV) qeydiyyatdan keçib və Oberliqada iştirak hüququ qazanıb. Xatırladaq ki, Oberliqa – WFV-in 3-cü liqası və Avstiya Futbol Federasiyasında 6-cıdır.
2014/2015 mövsümündə komanda 26 oyundan 17-də, 2 heç-heçə və 7 məğlubiyyətlə qələbə qazanıb. Liqanın liderindən 2 xal geridə qalaraq “Karabakh Vienna” ikinci yer əldə edib. Paralel olaraq klub Vyana Kubokunda da iştirak edib. Burada 5 mərhələnin 5 oyununda qələbə qazanıb. Hələ o zamanlar yerli mütəxxəsislər yeni komandanın hazırlığını yüksək qiymətləndiriblər. Mütəxxəsislərin uşaqların potensialı haqda proqnozları özünü doğruldub.
Baxmayaraq ki, 2015/2016 mövsümündə “Karabakh Vienna” Landesliqada ilk dəfə iştirak edirdi komanda qarşısına bir məqsədi qoymuşdu – çempionluq.
Bu qələbədən daha da həvəslənən komanda keçirilən 30 oyundan 4-ü heç-heçə, 5-i məğlubiyyət olmaqla 21-də qələbə qazandı. Beləliklə, aktivində 67 xal olan “Karabakh Vienna” Liqanın çempionu oldu.
Bu mövsümdə də klub paralel olaraq Vyana Kubokunda iştirak edərək böyük uğura imza atıb. 289 komandanın iştirak etdiyi WFV turnirində “Karabakh Vienna” finala qədər yüksəlib. Burada da Avstriya yığmasının “Ernst-Heppel” ev stadionunda Kubokun ikinci finalçısı “SB Herstho” üzərində 2:0 hesabı ilə qələbə qazanıb.
İkinci Landesliqanın tarixində “Karabakh Vienna” Liqanın çempionu olan və bir mövsümdə Kubok qalibi olan ilk klub olub.
Həmin mövsümün üçüncü uğuru Liqa S-in qalibi olan U-18 gənclər komandası idi. 2015/2016 mövsümündə Avstriyanın futbol liqalarının bütün qaliblərini Vyanadakı meriyaya təntənəli mükafatlandırma mərasiminə dəvət etdilər. Çempionlar arasında məqaləmizin qəhrəmanları da vardı.
“Karabakh Vienna” öz fəlsəfəsini formalaşdırarkən futbol məktəbindən başlamış əsas komada ilə sonlanan tam sistem qurmağa çalışır. Klubun uşaq-yeniyetmələr idman məktəbinin direktorunun rəhbərliyilə, eləcə də xarici həmkarların təcrübəsini tətbiq edərək komadanın hər bir yaş qrupuna görə öz məşq sistemi var.
Komdanda 2016/2017 mövsümü Stadliqada başladı – Vyana Futbol Federasiyasının 1-ci liqası və Avstriya Futbol Federasiyasının 4-cüsüdür. Burada komanda çempionluq mərhələsində keçirilən 15 oyundan 10-da qələbə qazanıb. Qalan 5 oyun heç-heçə nəticələnib.
Oyunların bu məğlubiyyətsiz seriyası nəinki gənc kluba, eləcə də Avstriyanın dördüncü futbol liqası üçün də rekord oldu.
Mövsümün ikinci hissəsi 2017-ci ilin fevralın 26-da başladı.
Rəhbərlik tərəfindən “Karabakh Vienna” klubunun qarşısına bir məqsəd qoyulmuşdu – birinci sətirdə yer alaraq Regional liqaya vəsiqə qazanmaq. Bu nailiyyət klub üçün çox əhəmiyyətlidir: komada uğur qazanarsa Avsrtiyanın Futbol Federasiyasının tərkibinə daxil olacaq və 3-cü Yüksək liqada Vyananı təmsil edəcək.
Azərbaycanlılar tərəfindən təsis edilən klub 3 ildir ki, fəaliyyət göstərir. Lakin buna baxmayaq klub özünü gələcək planları olan ambisiyalı kollektiv olaraq göstərməyə müvəffəq olub. Yaxın gələcəkdə “Karabakh Vienna” klubunun tərkibində azərbaycanlı futbolçuları görmək istərdik. Bununla bağlı rəhbərlik AFFA ilə danışıqlar aparır. Bu əməkdaşlıq yerli futbolçular üçün də beynəlxalq təcrübə əldə etmək baxımından xeyirli olacaq.
1news.az “Karabakh Vienna” klubunun gələcək uğurlarını izləyəcək və bunları geniş icitmaiyyətin diqqətinə çatdırmağa davam edəcək.
Fəridə Rəsulova