“Qarabağ”ın kapitanı Rəşad Sadıqovla azarkeşlər arasında insident olub | 1news.az | Xəbərlər
Futbol

“Qarabağ”ın kapitanı Rəşad Sadıqovla azarkeşlər arasında insident olub

23:34 - 28 / 02 / 2017
“Qarabağ”ın kapitanı Rəşad Sadıqovla azarkeşlər arasında insident olub

Azərbaycan Premyer Liqasının XX turunda "Qarabağ"ın "İnter"ə evdə 0:1 hesabı ilə uduzduqları matçdan sonra Ağdam klubunun kapitanı Rəşad Sadıqovla meydan sahiblərinin azarkeşlərlə arasında insident olub.

1news.az “Report”a istinadən xəbər verir ki, Ağdam klubunun tərəfdarları uğursuz nəticəyə görə narazılıqlarını bildiriblər.

R.Sadıqov da onlara yaxınlaşaraq, bu cür davranışlarına, komandaya çətin vaxtında dəstək olmadıqlarına görə onları qınayıb.

Qeyd edək ki, "Qarabağ" "İnter"i məğlub edəcəyi halda vahid lider olacaqdı. Komanda hazırda 42 xalla 2-ci pillədədir.

1news.az

Paylaş:
573

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər